adalet.az header logo
  • Bakı 18°C
25 Fevral 2020 16:22
9473
GÜNDƏM
A- A+

“Aslanlar”ın taktiki təlim məşqləri - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) "Aslanlar” Xüsusi Təyinatlı Əməliyyat Bölüyünün taktiki təlim məşqləri ilə bağlı video yayımlayıb.

Videoda peşəkarlıq səviyyəsi yüksək olan "Aslanlar”ın hüquqpozmaların qarşısının alınması və silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyatların təşkilinə dair taktiki təlim məşqi əks olunub.



Videoda həmçinin, yeni texnika və xüsusi vasitələrlə təmin olunan şəxsi heyətin ictimai qaydanın və təhlükəsizliyin təmini zamanı kütləvi iğtişaşların, cinayətlərin, eləcə də müxtəlif istiqamətlərdə hüquqpozmaların qarşısının alınması və silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyatların təşkilində mövcud hazırlıq səviyyəsi nümayiş etdirilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) "Aslanlar” Xüsusi Təyinatlı Əməliyyat Bölüyü taktiki təlim məşqlərini mütəmadi olaraq həyata keçirir.