adalet.az header logo
  • Bakı 22°C
25 Fevral 2020 15:48
35936
GÜNDƏM
A- A+

Öz xalqına qarşı soyqırım törədən psixopat

17 aprel 1998-ci ildə Tayland və Kambocanı ayıran sərhədin kimsənin bilmədiyi bir yerində tarixin gördüyü ən qaniçən pxisopatlarından biri Pol Potun meyidi yaxın adamlarının qatıldığı yerli bir mərasimlə yandırılırdı. Bir utopiyanın izinə düşüb vətəndaşlarını qan vannasına salan adamın xəyalları da özüylə birgə kül olub küləklə birlikdə Taylanda doğru sovrulurdu. Maraqlı olan budur ki, əti və sümükləri oda təslim edilən adam öz döyüşçüləri tərəfindən bir müddət idi ki, öz memarı olduğu inqilaba xəyanət etməsi adıyla əsarətdə saxlanılırdı.

Həyatının son günlərinə yaxın Pol Potu da ölüm qorxusu bürümüşdü. Aldığı hər nəfəsinin sonuncu ola biləcəyini düşünürdü. Belə günlərdə mətbuat önünə çıxaraq qızından bəhs edərkən digər tərəfdən də öz səhhətindən narahat olduğunu dilə gətirmişdi. Etdiyi əməllərə görə cavabdehlik daşıyıb-daşımadığı sual veriləndə isə " mən mübarizə aparmaq üçün gəldim, insanları öldürmək üçün deyil” deyib əlavə etmişdi: "Bu halıma baxın. Vəhşi bir insana bənzər halım varmı?”

Doğru idi. Heç də vəhşilərə bənzəmirdi. Bununla birlikdə 1975-79-cu illərdə Demokratik Kamboca kimi bilinən rejimə rəhbərlik edən Pol Pot Maoist Çinindən alınmış olan utopik siyasəti nəticəsində 2 milyon ətrafında insanı məhv etmişdi. Bunların 200 mini " dövlət düşməni” və " içimizdəki xain” kimi ittihamlarla damğalandıqdan sonra edam edimişdi. Ölənlərin sayı əhalinin sayı nisbətiylə müqayisə olunarsa Kamboca inqilabının inqilablar əsrinin ən qanlısı olduğunu deyə bilərik.

Fransaya burjuaziyaçı kimi getdi, bujuaziya düşməni kimi döndü


Ölkəsinin başına bir bəla kimi çökəcək Pol Pot Kambocanın Fransa mandatı olduğu vaxtda varlı bir ailənin uşağı kimi doğulmuşdu. O vaxtlar Salos Sar kimi tanınan Pol Pot fransız dil məktəblərində oxudu. Illər sonra bir sinif yoldaşı onun haqqında " çox düşünür, az danışırdı " deyəcəkdi. 1949-cu ildə fransız dilini bilməsi ona Paris qapılarını açdı. Siyasi əlaqələrindən istifadə edərək aldığı kreditlə Fransada radio-elektrik təhsili almağa başladı. Lakin bu ölkədəki vaxtının çoxunu onun deyimiylə " uzaqgörən kitablar” oxumağa sərf etdi. Müstəmləkəçilik əleyhinə çıxışıyla onu cəzb edən Fransa Kommunist Partiyasına qatılmaqda bir an belə tərəddüd etmədi. Bir müddət sonra məktəblə yaxından, uzaqdan əlaqəsi qalmadığına görə təhsil krediti kəsildi. O, evə qayıtmaq məcburiyyətində qaldı.

Kamboca müstəqil olmasına oldu, amma...

Kambocanın 1953-cü ildə Fransadan müstəqilliyini almasından sonra həm ölkə, həm də Salos Sar üçün yeni bir dövr başlayırdı. Bir tərəfdən paytaxt Pnompendə özəl bir məktəbdə müəllimlik edən Sar digər tərəfdən gizli bir kommunist partiyasının özək üzvü olaraq qanundankənar toplantılara qatılmanın, onların özünə xas rituallarının gizlicə yerinə yetirməsinin həyəcanını yaşayır, fürsət düşdükcə hakimiyyətə gəlməyin xəyallarını qururdu. Kamboca Kommunist Partiyasının başına gəldikdən sonra polis qorxusundan bir dəstə dostuyla Vyetnam-Kamboca sərhədi yaxınlığındakı bir Vyetnam hərbi bazasına(Ofis 100) sığındı. Iki il ərzində burada vyetnamlıların nəzarətində lüks həyat yaşadılar.
Salos Sarı Pol Pot eliyənsə Maonun Çini oldu. Çinli kommunistlər gələcək vədlərinə inandıqları dostuna " Politika Potensialına” görə Pol Pot ləqəbini vermişdilər. Maonun mədəni inqilabından və utopiyasından başı fırlanan Pol Pot çinli radikal kommunistlərlə görüşlərinin ardından bambaşqa düşüncəylə ölkəsinə qayıtdı. 1960-cı illərdən etibarən Kamboca Kommunist Partiyasının silahlı qolu kimi özünü göstərən Qırmızı Kxmerlərlə birgə ölkənin meşəlik bölgəsində öz qərərgahını yaratdı. Hərəkətə keçəcəyi 1970-ci ilə kimi təbiət qoynunda burjuaziya mədəniyyətindən uzaq, tərəfdarlarıyla birlikdə düşüncə hazırlığıyla vaxt keçirdi. Kapitalist sistemə və gətirdiyi həyat tərzinə nifrətini aşıladı. Belə günlərdə Vyetnam müharibəsinə görə qonşu ölkədə qiyamət qopur, Amerika vyetnamlı qırmızıları bombalayır, Vyetnam meşələri amerikalılarla kommunist döyüşçülər arasındakı savaşa görə yaşıldan qırmızıya dönürdü. Müstəqil görünməyə çalışan Kamboca isə əslində mümkün olmayanı bacarmağa çalışırdı. Vyetnam müharibəsində kimsənin ayağını tapdamadan bitərəf qalmaq çətin idi. Ölkəni Fransa müstəmləkəsi olmaqdan qurtaran və eyni zamanda müstəmləkə dövründən sonranın ilk və əbədi rəhbəri olan Şahzadə Norodom Sihanouk bu qarmaqarışıq dövrdə bölgədə güclü olanların, yəni Çin və Şimali Koreyanın könlünü xoş eliyərək praqmatik bir yol tuturdu. Tək dərdi Kambocanı müharibə xaricində saxlamaq olan şahzadə Maoçu siyasətin dəyərləndirilməyə layiq olduğu bildirir və Cənubi Asiyada kommunizmin zəfərinin qaçılmazlığını deyərək Çinə göz qırpırdı. Çin də bunun qarşılığında yüksək qiymətlə Kamboca düyüsü alırdı. Şahzadə Sihaonouk eyni zamanda Kamboca üzərindən Şimali Vyetnam hərbiçilərinə hərbi-sursat göndərilməsinə də göz yumurdu. Hər kəs məmnun idi. Bununla birlikdə Çindəki mədəni inqilabın radikallığı ilə şahzadənin Çinlə könül bağı qopacaq və o ölkəsində solu təzyiq altına alacaqdı. Onu devirməyə çalışan və ölkəyə öz istədikləri kimi kommunizm gətirməyə çalışan kxmerlərə " Qırmızı Kxmerlər” adını verən də Sihanouk olmuşdu. O, ikili siyasətiylə ölkəsində nəzarəti itirəndə Vaşinqtondakılar düyməyə basdı. Sihanouk Amerikanın dəstəklədiyi millətçilər tərəfindən devrildi. Paytaxtda bu hadisələr baş verərkən uzun müddətdir meşədə gizlənərək zamanını gözləyən Pol Pot öz qabığını qırırdı.


Amerika bombalayır, Qırmızı Kxmerlər böyüyür

Devrilməsindən sonra Sihanouk öz iqtidarına təhlükə gördüyü Qırmızı Kxmerlərin Amerikanın dəstəyi ilə iqtidara gələn yeni hökümətə düşmən olduğunu açıqladı. Özünə müttəfiq axtarırdı. Devrilmiş dövlət rəhbərinin bu açıqlamasından sonra şimali vyetnamlılar Qırmızı Kxmerlərə kömək etməyə başladı. Onlara silah göndərib təlim keçdilər. Bir müddət sonra Şimali Vyetnam birlikləri Kambocanı işğal edərək amerikapərəst hökümətə qarşı döyüşməyə başladılar. Qırmızı Kxmerlər də onlara dəstək verirdi. Bu vaxt ərzində Pol Pot birliyinin heyət sayını artırmaq və yeni qatılanların ideoji təhsilini tamamlamaqla məşğul idi. Amerikalıların Vyetnamla birlikdə Kamboca torpaqlarını da bombalaması kambocalıların Qırmızı kxmerlər tərəfinə keçməsinə səbəb oldu. Bu bombardmanlarda 600 min kambocalı həyatını itirmişdi. Amerikanın bu əməliylə Pol Pot bənzərsiz bir mədən kəşf etmişdi. Digər tərəfdən yalnız keçmişi kəndli olanların və təhsilsizlərin Qırmızı Kxmerlər tərəfinə keçməsinə izn verilirdi ki, bu da başdan ayağa axmaqlıq idi. Buna baxmayaraq başda Pol Pot olmaqla təşkilatın rəhbərliyi Fransada təhsil görmüşdü və intelektual təbəqə sayıla bilən imzalar idi. Zamanla Vyetnamlılar diqqətlərini Amerikayla müharibəyə ayırdılar və Kambocada hakimiyyətə gəlmək istəyini Qırmızı Kxmerlərə buraxdılar. Vyetnamlı kommunistlərin cəbhədən çəkilməsiylə Pol Pot da onları dəftərindən sildi. Tərəflər arasında uzun müddətli soyuq münasibət başlayacaqdı. Həmin ildə ölkədəki hökümətin və ordunun durumu pis idi və Qırmızı Kxmerlər əsas güc olaraq qalmışdı.
Pol Potun liderliyi ilə Qırmızı Kxmerlərin paytaxt Pnompeni işğal etməsiylə vətəndaş müharibəsi başa çatdı. " Demokratik Kamboca” adıyla yeni bir rejim quruldu. Pol Pot baş nazir oldu. Müharibədən bezən şəhərin 2 milyonluq əhalisi kommunist döyüşçüləri sevinc nümayişləri ilə qarşıladı. Müharibədən və kasıblıqdan bezmişdilər, boynuna qırmızı şarf atan bu gənc, idealist döyüşçünün liderliyi ilə yeni bir cəmiyyət inşa edəcəklərini düşünürdülər. Qısa zamanda yağışdan çıxıb yağmura düşdüklərini anlayacaqdılar. Həm də necə bir yağmur...

Ölkə bir anda orta əsrlərə qayıtdı


Qırmızı kxmerlər 2 milyonluq paytaxt əhalisini "Amerikalılar bombalayacaq” bəhanəsi ilə bir gündə boşaldıb düzənliyə yerləşdirdilər. O andan etibarən böyük bir dram başladı. Kütlələr düyü tarlalarında işləməyə məcbur edildi. Pol Potun düşüncəsində qurduğu "öz-özünə çatan tarla cəmiyyəti” utopiyasının zavallıları olmuşdular. Kxmerlər ölkənin digər böyük şəhərlərini də boşaltdılar. Pulu, bankları, qısası, modern iqtisadiyyata dair nə varsa hamsını” yeni quracağımız cəmiyyətdə bunlara yer yoxdur” deyə aradan qaldırdılar. Məktəbləri, bazarları, qəzetləri, hər dinə aid ibadətxanaları yerlə bir etdilər. Xüsusi mülkiyyəti məhv etdilər. Xarici dünyayla əlaqəsi kəsilən ölkə insanoğlunun şahid olduğu ən böyük məhv edilmə səfərbərliyinə beşiklik edirdi. Burjuaziya mədəniyyətini məhv etməyə andlı olan kxmerlər pulu və təhsili olan hər kəsə düşmən idi. Bu kateqoriyaya uyğun gələnlər qəddarcasına məhv edildi. Belə ki, eynək taxması və xarici dil bilməsi insanların "burjuaziya”, "intelektual” , yəni cəmiyyət düşməni olaraq tanınmasına səbəb olur və bu başına keçirilən salofan torbasıyla boğulmasına yetərli idi. Bəli, Kxmerlər əlavə xərc olmasın deyə qurbanlarını mərmiylə deyil, boğaraq ya da döyərək öldürürdülər.


1975:Year Zero(Sıfır ili)

Pol Potun manyak rejimi iqtidara gəldikdən sonra təqvimi də sıfırlamış və mədəniyyətin sıfırdan başladığını elan etmişdi. Bu mədəniyyətə dair nə varsa, hamsının dibinə kibrit suyu tökülməsi anlamına gəlirdi ki, elə də etdilər. Ölkənin orta əsrlər dövrünə dönməsi: sadəcə qarnını doydurmaq üçün yaşayan bir cəmiyyətə, Pol Potun beynindəki "ideal” cəmiyyətə dönmək üçün modern həyata aid nə vardısa hamısı məhv edildi. Belə ki, eynək taxanlar, xarici dil bilənlər burjuaziyanın təmsilçisi adıyla öldürüldü. Zatən Pol Pot bir az da hakimiyyətdə qalsaydı bütün xalqının sayını sıfra endirəcəkdi. İki milyon insanı öldürərək ölkə əhalisinin üçdə birini məhv etmişdi.

"Həyatı sıfırdan başalayacağıq”

Pol Pot inqilabın ən qanlısı və radikalı olmaqda qərarlı idi. "Madəm ki, bu qədər çəkilən çiləyə baxmayaraq kapitalist yaşam tərzi varlığını davam etdirəcək, o zaman bunu etməyin anlamı nə?” deyirdi. O, Maonun kütlələri mobilizə etməsindən ilham olaraq Kambocalı 20 yaşdan aşağı yaşlı gəncləri keçmişlə əlaqəni tam məhv etdirmək üçün hərəkətə keçirdi. Uşaqlar ana-atalarını satır, hətta öz əlləriylə öldürürdülər. Pol Pota görə həyata dair nə varsa sıfırdan başlayacaqdı. Başdan ayağa məhv etmə dalğasını sıfır ili adlandırılmasının da səbəbi bu idi.

Pol Pot 1976-cı ildə hazırladığı 4 illik planla ölkənin tabutunu da hazırlamış oldu. Plana görə, bir il içində ölkənin kənd təsərrüfatı üç qat artacaq və buna da gübrəsiz, iş texnikası, modern tarla alətləri istifadə etmədən nail olunacaqdı. Hər dikatator kimi həyatın gerçək tərəflərini görməzdən gəlmişdi. Vətəndaş müharibəsindən çıxan xalq düyü tarlalarında daha artıq dözə bilmədi. Planı doldurmaq və qırmızı kxmerlərin salofan torbalarından canını qurtarmaq üçün öz yeyəcəkləri düyünü də dövlətə verirdilər. Elə bu zaman aclıq başladı. Beləliklə utopik hərəkat xalqın aclıqdan ölməsinə səbəb olurdu.


" İçimizdəki xainlər” marşı

Bir yandan həqiqətdən və vicdandan tamamən qopmuş Pol Pot və adamları, digər yandan isə qorxunc həyat şəraiti kambocalıları qırırdı. Yaxşı, bütün bu dəhşət tablosu qarşılığında Pol Pot nə etdi? Vaxt keçirmədən "daxili düşmənlər” ədəbiyyatına sarıldı və daha artıq qan tökməyə başladı. Paranoyasıyla birlikdə cürəti də artırdı. 1977-ci ildə ziyarət etdiyi Çindən düşmən kimi gördüyü Vyetnama qarşı hərbi və radikal fəaliyyətinə dəstək aldı. Vyetnam və Kamboca arasındakı sərhəd münaqişələri 1978-ci ildə müharibəyə çevrildi. Pol Pot hesab səhvini burda da etdi. " Hər kambocalı 30 vyetnamlı öldürərsə müharibədə qalib gələrək” deyir, bir tərəfdən də Çindən əsgər göndərməsini tələb edirdi. Nə 30-luq hesab özünü doğrultdu, nə də Çindən əsgər gəldi. Qırmızı kxmerlər çox keçmədən vyetnamlılar qarşısında aciz duruma düşdü. 1978-ci ilin yeni il ərəfəsində vyetnamlılar 100 min nəfərlə Kambocanı işğal etdi. Ölüm tarlaları gün üzünə çıxdıqdan sonra Pol Pot vertalyotla Taylanda qaçdı. Vyetnamlılar Kambocada Qırmızı Kxmer rejimindən qaçanlar daxil olmaqla bir hökümət qurdular.


Brother Number One

Pol Pot hər nə qədər xalqına qan qusdurduğu dövrdə baş nazir olsa da media önünə çox da çıxmamışdı. Ad-sanı və üzü çətinliklə bilinirdi. Zatən özü də adını çox istifadə etməmişdi. Həm özünə, həm də kabinet üzvlərinə nömrələr vermişdi və adətən bu nömrələrdən istifadə edirdilər. Pol Pot bir nömrə idi. Buna görə dünya onu Brother Number One biləcəkdi. Digər kabinet üzvləri isə önəmlərinə görə iki, üç və.s nömrələr alırdı.

Dəhşətin qəlbi :S-21

Qırmızı Kxmerlərin qəlbi işgəncə mərkəzi kimi bilinən S-21 idi. Kxmer dilində adı isə elə də seçilməzdi: Toul Sleng, yəni " Zəhərli ağaclar mərkəzi”. Paytaxt Pnompendə olan bir məktəb binası Pol Pot və adamları tərəfindən təhlükəsizlik həbsxanasına çevrilmiş və 4 il ərzində rejimin təhlükəsizliyini təhdid etdiyinə inanılan 15 mindən artıq adam ağla gəlməz vasitələrlə burada öldürülmüşdü. Pol Potun rejimini təhdid edənlər arasında hamilə qadınlar, uşaqlar və qocalar da var idi. Burada gənc qızların boğazı kəsilir, hansının ölümə qədər daha çox dözəcəyini bilmək üçün xronometriya tuturdular. Digər başqa vasitədə isə qarnından bıçaqlanan insanları içi su dolu çəlləyə atır hansının daha çox dözəcəyinə baxırdılar. Vaterboarding(əllərindən və ayaqlarından bağlanmış, kürəyi üstdə uzadılmış məhkumun üzünə yuxarıdan su tökülür. Amma boğulacağı anda ara verilir. Özünə gəldikdə isə yenidən təkrarlanan-ən iyrənc işgəncə vasitələrindən biri)qızmış dəmirlə dağlama, elektrik vermək, zorlama, salofan torbanı başa keçirərək boğmaq(qırmızı kxmerlərin hobbisi idi) dırnaq çıxartmaq və bənzəri vasitələr S-21dəki günlük həyatın ayrılmaz parçası olmuşdu. Rejimin sonlarına yaxın sursat çatışmazlığına görə edam olunmalı şəxslər döyülərək öldürülürdü.

Amerika Pol Potun yanında

Yeni hökümət ölkədəki Qırmızı terrorun yaralarını bağlamağa çalışarkən maraqlı bir şey odu. Amerika yeni höküməti tanımadı. Çünki yeni hökümətin arxasında duran Şimali Vyetnam idi. O illər döyüşdə yumruğun sayılmadığı, "insan haqları” kəlməsinin zarafat kimi qəbul edildiyi illər idi. Amerika Kambocaya yardım göstərilməsinə də mane olurdu. Üstəlik bununla da kifayətlənməmiş, tarixin ən qanlı canilərindən olan Pol Pota gizli yolla qol-qanad verir, yeni iqtidara qarşı döyüşməyə davam edən Qırmızı Kxmerlərə ərzaq və silah yardımı etməyə başlamışdı. Yazıq Kamboca xalqının çiləsi soyuq müharibənin bitməyinə kimi davam edəcəkdi.

Pol Pot 18 il ərzində həm dövlətlərarası güclər, həm Tayland hərbiçiləri, həm də öz döyüşçüləri tərəfindən qorundu. Tayland və Şimali Kamboca meşələrindəki düşərgələrdə qırmızı kxmerlərə ağıl dərsi keçməyi 80-ci illərdə də davam etdirdi. 90-cı illərdən etibarən xarici dəstəyini itirən Pol Potun kommunist hərəkatı yavaş-yavaş parçalandı. Kabinetində xarici işlər naziri vəzifəsini tutan qaynı qərbə qaçdı. Minlərlə Qırmızı Kxmerli də qaynının yolunu getdi. Beləliklə, təşkilat bir dəstə macəraçıdan ibarət oldu. Qalanların başına isə keçmiş hərbiçi Ta Mok keçdi və öz adamlarını öldürmək ittihamıyla Pol Potu həbs etdirdi. Nəticədə, bir-birlərinə düşmən oldular.

Soyqırımın günahkarları nə edir?

Kambocanın ağla gəlməz soyqırımının memarı olan Pol Pot təbii yolla ölərək canını qurtarmışdı. Bu gün soyqırım muzeyi kimi xidmət göstərən S-21-in o zamanki komandiri Kaing Khlek lev( Deuch koduyla da tanınır) bu gün Qırmızı Kxmer liderlərindən məhkəmə önünə çıxan tək imzadır. Məhkəməsi hələ də davam edir. Rejimin dövlət başçısı kimi fəaliyyət göstərən Khieu Samphan və rejimin digər rəhbər şəxslərindən leng Sary və Nuon Chea da soyqırımda günahlandırılır.
Soyuq müharibə bitdi, diktator kəşf edildi

Soyuq müharibə bitdikdən sonra keçmiş müttəfiqləri onu məhkəməyə təslim etmək üçün fəaliyyətə keçmişdilər. Dövrün ABŞ prezidenti Bill Klinton Pol Potun həbs olunması üçün əmr verdikdən sonra əməliyyatlar başlandı. Lakin onlar gecikəcəkdilər. Əsrimizin gördüyü ən dəhşətli soyqırımlardan birinin memarı olan Pol Pot yatağın ölüm lüksünü yaşamağa nail olmuşdu. Gerisində isə onu ittiham edəcək tək aktyor olaraq tarixi buraxmışdı.

15 aprel 1998-ci ildə "Amerikanın səsi” radisosunun Kamboca bürosunu dinləyən Pol Pot Ta Mokun onu ittiham olunması üçün amerikalılara təhvil verməyə hazırlandığını eşitdikdən sonra səhhəti pisləşdi. Axşam 10-da öldüyü elan edildi. Kimisinə görə infarktdan ölmüşdü, kimisinə görəsə məhkəmə qorxusundan intihar etmişdi.

Öz xalqını qan vannasında boğduran, tarixin lənətlilər siyahısına adını yazdırmağı bacaran bu xəstə ruh 1970-ci illərdə Mao ilə birlikdə dünyanı dəyişdirməyin ən yaxşı yolunun nə qədər insanın ölümünə səbəb olursa olsun sosial bünövrəni dağıtmaqdan keçdiyinə inananların simvolu idi. Dünya mediasına keçən son sözləri isə bu idi:
"Vicdanım çox rahatdı”

Tərcümə etdi: Emin PİRİ