adalet.az header logo
  • Bakı 11°C
25 Fevral 2020 14:50
24343
KRİMİNAL
A- A+

Biləsuvar sakini narkotik vasitələri satarkən saxlanıldı

Biləsuvar rayonu ərazisində rayon sakini R.Rəsulov narkotik vasitələri satarkən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu ərazisində rayon sakini R.Rəsulov 284 qramdan artıq heroini və 26 qramdan artıq metamfetamini satarkən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan əlavə olaraq 253 qramdan artıq heroin aşkar edilərək götürülüb.