adalet.az header logo
  • Bakı 12°C
25 Fevral 2020 13:18
12432
DÜNYA
A- A+

İranda yeni koronavirusdan ölənlərin sayı 16-ya çatıb

İranda yeni koronavirusdan ölənlərin sayı 16 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu İran hökumətinin informasiya portalı olan IRNA informasiya agentliyinin infoqrafikasında öz əksini tapıb.

İnfoqrafikaya əsasən, İranın 11 vilayətində, Qum, Tehran, Gilan, Mazandaran, Həmədan, Əlborz, Mərkəzi, İsfahan, Rəzəvi Xorasanı, Hörmüzqan və Simnan vilayətlərində koronavirusa yoluxma halı qeydə alınıb.

İndiyədək 60-dan çox şəxsin bu virusa yoluxduğu və 24 nəfərin sağaldığı bildirilir.

İranın Səhiyyə, Müalicə və Tibbi Nazirliyi ötən gün yeni koronavursa yoluxma nəticəsində 12 nəfərin öldüyünü, 60-dan çox şəxsin yoluxduğunu və 900-dən çox yoluxma şübhəsinin olduğunu təsdiqləyib.