adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 Fevral 2020 20:23
7755
SAĞLAMLIQ
A- A+

Bu qidalar yuxunuzun pozulmasına səbəb olur

Almaniyalı qida üzrə mütəxəssis Haydrun Şubert yuxu üçün təhlükəli olan qidaları açıqlayıb.

"Focus”un yaydığı xəbərə görə, o,çiy tərəvəzlərinyuxunu pozduğunu deyib.

Buna səbəb onların mədə-bağırsaq sisteminin fəaliyyətini aktivləşdirməsidir.

Şubertin bildirdiyinə görə, Çili bibəri və zəncəfil maddələr mübadiləsini sürətləndirdiyi üçün bədənin hərarətini yüksəldirvə yuxusuzluq yaradır.

Eyni zamanda, şokolad və kofein tərkibli içkilərin də yuxuya zərəri olduğu qeyd edilir.

Ekspert yuxusuzluqdan əziyyət çəkən insanlara orqanizmlərinin istirahət edə bilməsi üçün axşam saatlarında yeməkyeməmələrini məsləhət bilib.