adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
27 Fevral 2020 09:42
13566
MƏMLƏKƏT
A- A+

MİRCƏFƏR BAĞIROVUN ÇAĞIRIŞINA GETMƏYƏN XANIM!

Sosial şəbəkələrdə Üzeyir bəy Hacıbəylinin belə bir fikrini paylaşıblar: «Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad oldu ki, şairin iadei-səhhəti üçün, milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi».

Söhbət Pənah xanın nəvəsi Məmməd bəy Cavanşir Batmanqılıncın nəticəsi Həmidə xanım Cavanşirdən, böyük Mirzə Cəlilin xanımından gedir. Mirzə Ələkbər Sabirin müalicəsi zamanı nəinki onun bütün xərcini ödəyib, həm də öz evində saxlayıb və şəxsən qulluğunda durub.

O Həmidə xanım Cavanşir ki, Mircəfər Bağırovun asıb-kəsən vaxtı Ağdama gəlir və Kəhrizliyə adam göndərir ki, Həmidə xanımla görüşmək istəyir, gəlsin Ağdama. Bəy qızı bəy Bağırovun dəvətini rədd edir.

İmkan tapanda Mehriban Vəzirin min bir müsibətlə tapıb üzə çıxartdığı kitabı – «Həmidə xanımın xatirələri» kitabını oxuyun. Görün, Azərbaycanda necə xanımlar olub.