adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
25 Fevral 2020 09:50
9921
GÜNDƏM
A- A+

ŞAYİƏ İLƏ BAĞLI SÖZ HÜQUQ-MÜHAFİZƏ ORQANLARININDIR

Oxudum ki, koronavirusun Azərbaycanda üzə çıxması ilə bağlı sosial şəbəkədə bir səs yazısı paylaşılıb. Səhiyyə Nazirliyi və TƏBİB Dövlət Agentliyi bu şayiə ilə bağlı rəsmi açıqlama verib və bildirib ki, yalandır, yəni təkzib edib.

Əslində bu səs yazısı şayiə deyil, təxribatdı. Ölkədə insanlarda qorxu hissi yaratmağa xidmət edir.

Bu məsələni hüquq-mühafizə orqanları, daha dəqiq desək, xüsusi xidmət orqanları araşdırmalı və həmin şəxsi, ölkədə təxribat törətmək istəyən şəxsi tapmalı, o da qanun qarşısında cavab verməlidi.