adalet.az header logo
  • Bakı 19°C
02 Mart 2020 09:13
20035
ŞOU-BİZNES
A- A+

Şou-biznesdəki qızların yersiz iddiaları tənqid olundu

Son zamanlar şou-biznes aləmində olan qızlar haqqında müxtəlif söhbətlər, münasibətlət sərgilənməkdədir. Şou-biznesin sayılan simalarında bir neçəsi mediaya bu haqda danışıblar.

"Kimlərsə şou-biznesə başqa məqsədlərlə gəlir. Bu sahəyə sponsor tapmağa, daha çox qazanmağa və ya ər tapmağa gələn insanlar var. Kiminsə niyyətində yaradıcılıq yoxdursa, o təbii ki, bu sferanı bəyənməyəcək, pisləyəcək”.

Bu sözləri bəstəkar-müğənni Murad Arif "Mtv Azərbaycan”a müsahibəsində deyib. İfaçı bu cameəni "bataqlıq” adlandıranları qınayıb:

"Bir qızın müsahibəsini oxumuşdum ki, ərə getsəydim, bu bataqlıqdan çıxardım. Bura bataqlıq deyil. Mən buradan tamaşaçılara demək istəyirəm ki, ağlı başında olan, yaradıcılığını sevən insan üçün şou-biznes bataqlıq deyil. Bu şeylər insanın niyyətinə bağlıdır”.

Adalet.az xəbər verir ki, "Xəzər Tv" də yayımlanan "Hər şey daxil" verilişinin aparıcısı Tarix Əliyev bu dəfə də qalmaqallı danışığı ilə diqqət çəkib. Belə ki, aparıcı son vaxtlar əksər qızların yersiz iddialarına qarşı çıxıb. O, bildirib:

"Baxırsan ki, 1.50 sm boyu var, küçələrdə gecə həyatı yaşayır, amma gedib ya model, ya da aktrisa olur. Tutaq ki, hansısa serialda iki dəqiqəlik epizodik rol veriblər və rola uyğun taksidən düşüb yolu keçir. Səhərisi gün özünə aktrisa deyir. Bu gün hər yerindən duran müğənni olur. Sonra Elnarə Abdullayevanın da statusu müğənni olur, elələrinin də".

Biz də tamaşaçı olaraq Murad Arifin də, Tolikin də dediklərinə dəstək verəkmi, verməyəkmi? Doğrudanmı, şou-biznes "bataqlıq”dı, ya da əksinə?Doğrudanmı, yerindən qalxan özünə müğənni, aktrisa deyir ya yox?Nəisəki, şou-biznesin qızlarının işi qalıb Allaha....

Əntiqə Rəşid