adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

İş tapmaq duası - Yılmaz Özdil yazır

132369 | 2020-02-24 17:26


Google statistikasına görə, Türkiyədən internetə girib"iş tapmaq duası” axtaranların sayında partlayış var.

Məmləkətdəkigerçəklik budur.

Və…

İş tapmaqduaları standart deyil.

Cürbəcürdür.

Gündə beş dəfəoxunan iş tapmaq duası var.

21 gün ərzindəsəhərlər üç dəfə oxunan iş tapmaq duası da var.

"Zəmanətli”sloqanı ilə tanıdılan iş tapmaq duası var.

"100 faiztəsirli” sloqanı ilə tanıdılanı da var.

Sadəcə özəlsektorla da məhdudlaşmır.

Dövlət məmuruolmaq üçün də dualar var.

Yeddi gecəyatmazdan qabaq 1001 dəfə oxuyursan.

Duaçı saytınmesaj bölümünə "Türkiyə Hava Yollarında işə girmək istəyirəm, hansı duanıoxumalıyam?” deyə yazanlar da var.

Mükafat almaqüçün…

Vəzifə sahibiolmaq üçün…

Hərbidə rütbəalmaq üçün…

4444 dəfəoxuyursan, vəssalam.

Hələ bu azmışkimi xüsusi qeyd də yazıblar: "Təsbehlə saymaqda xəta ola bilər, noxuddanistifadə etməyini tövsiyə edirik”.

Təyinat duasıvar.

Dövlətdairəsindəki işin həll olunma duası da var.

İş tapmaq üçün tilsimyazan var, cadu edən var.

Borcdan canqurtarmaq duası var.

"Ən təsirli”sloqanı ilə reklam edilir.

"24 saata təsiredir” sloqanı ilə reklam olunanı var.

21 gündə borcdancan qurtarmaq duası var. Məsələn, üç illik kreditlə əşya almısan, bu duanıoxuyursan, 21 günə borcun bağlanır.

"Kredit kartıborcundan qurtulmaq” duası da var.

"Varlı olmaq”duası var.

"Heç ummadığınyerdən pul gəlməsi” duası var.

" Evdən puləksik olmasın” duası var.

"Sərvət” duasıvar.

"Bir il içindəvarlı olmaq” duası var.

"Bu duanıoxuyanlar varlı olmadan ölməz” sloqanı ilə tanıdılan dua var.

"O dəqiqə pulgətirən” dua var.

Zalımın balası,bankomatdı elə bil.

"Pul yağdıran”duası var.

"Cibinizə puldolduran” dua var”

"Pulu maqnitkimi çəkən dua var.

"Pulu qoymaqüçün yer tapmayacaqsan” duası var.

Vallah, billahvar.

Bir adam hətta belə bir qeyd də edib: "İnanmayaraqoxusan belə qəbul olunur, təcrübədən keçib”.

"Küp tapmaq”duası var.

"Xəzinə yerinigörmək” duası var.

Bəs, yaxşı, kimhazırlayır, internetdə kim satır bu duaları?

Medium Osmanhoca var.

Medium Fadiməvar.

Medium Baharxanım var.

Medium Turanvar.

Medium Şəbnəmvar.

Əslində hamısı eyniadamdı.

Fərqli-fərqliadlarla internet saytı açıb fərqli-fərqli dualar yazırlar, cəmi bir ortaqnöqtələri var, o da ki, mobil nömrələrinin eyni olması.

Ankarada mediumSüheyla adlı br qadın var. O, həm iştapdırır, həm bəxt açır, gər çi camaatı aldatdığına görə polislər tutub bəxtinibağladılar, amma olsun…

İzmirdə mediumRza var. İş tapmaq, borc ödəmək, ev sahibi olmaq, bir sözlə hər cür dua, tilsimyazır. Bircə bəxti onda gətirmədi ki, son tilsimi müştəri qılığına girmişsivilpolislərə yazdı.

Medium Anna var.Rus medium Moskvada doğulub, orda da böyüyüb. SSRİ dövrdündə psixokinetika üzrətəhsil alıb, iş tapmaq üçün yazdığı tilsimlər 100 faiz zəmanətlidi. Kiçik birxəta var, rusca bilmir. Əslində Eskişehirli olduğunu deyənlər var.

Misirli mediumMəryəm var. Borcdan can qurtarmaq mövzusunda peşəkardı. İlk dəfə tutulandaHələbli Firdevs adı ilə fəaliyyət göstərirdi. Bir ara Ummanlı Kübra oldu. İndidə Misirli.

İmanlılarısınadım, olmadı, bir də kafirləri sınayım deyirsinizsə
medium Adrian, medium Tina, medium Costada var.

Hətta buddistmedium deyə reklam edən belə var.

Medium Ərmişhoca var. "30 illik təcrübə” sloqanı ilə işləyir. İşə yeni-yeni başlayanda iştapdığı adamlar çoxdan təqaüdə çıxdı. İndi özünüz baxın da…

Medium Mustafavar. Pəəh! Şöhrətlilərin mediumu. Obamayla söhbət edərkən fotosu var. Putinləgəzərkən fotosu var. Angelina Coliylə qəhvə içərkən fotosu var. Öz fotolarınıqəzetdən kəsdiyi fotolarla montaj edib camaata soxuşdururdu. Dördüncü dəfətutulduqda tarot ( internet vasitəsilə kartla fala baxmaq) sektoruna keçdi.

Medium Hakanvar. Məndən soruşsanız, bazarın ən yaxşısıdır bu. Çünki min lirə verirsən, sənəBelçika və İsveçrə möhürlü Beynəlxalq Mediumlar Birliyinin diplomunu verir.Artıq medium getməyinə ehtiyac qalmır. Bu saxta diploma divarına as, sən dəmediumluğa başla. Çayxanadakı işsiz adamlara iş tapmaq duası yazaraq öz işiniözün qur.

(Şişirtdiyimidüşünən varsa, xahiş edirəm, girsin internetə, baxsın, adbaad görsün)

Medium İrfanvar, həm iş tapmaq, həm də cinsi zəifliyi həll etmək mövzusunda mütəxəssidi.Birbaşa yatağa atır adamı. Kişi müştəri qəbul etmir.

Medium Əli hocavar. "Digər Əli hocalarla səhv salmayın” sloqanı ilə reklam edir özünü. Yazsanki, bəs, yaxşı, səni o biri Əlilərlə necə səhv salmayaq, deyir ki, əgər duantutmursa, deməli, o Əli saxtadı.

Medium Qazelhocanın bank hesabına 500 lirə köçürüb büstqalterini göndər, duanı büstqalterəyazıb göndərəcəklər sənə.

Medium Tahirvar, internetdə fotosu ağ saqqallı babanın fotosudur. Amma özünün 28 yaşı var.Heç Tahir də deyil. Fahişəlikdən tutulanAyseldi. Heç bu günə kimi sabun cadusu deyə bir şey eşitdinizmi? Sabun cadusunavurursan, masajlı sauna adresi çıxır.

İş tapmaq duasımövzusunda nüfuz sahibi olan mediumlarımız əsasən Əbrar, Xızır, Rəhman, Merac,Rəbiyyə, Nur, Furqan, Yasin kimi dini adlardan istifadə edir.

Nə deyək.

Dua etməkdənbaşqa çarə yoxdu.

Allah bumillətə ağıl versin.

Amin.


Dilimizə uyğunlaşdıran Eminquey

TƏQVİM / ARXİV