adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Fevral 2020 10:42
32519
GÜNDƏM
A- A+

Yırtıcıların hədəfi: Qeyrətimiz və körpələrimiz ...

Farizin yas mərasimində nənəsi Məlahətin yana-yana ağlaması, ağlaya-ağlaya dediyi "Balan yansın erməni, balaya da güllə atarlar” kəlməsini aradan illər keçsə də unuda bilməmişəm. Dünyanın sirrindən-siyasətindən bixəbər, məsum körpələrin güllələnməsini, öldürülməsini yanan ana da, dağ çəkilən nənə də qəbullana bilmirdilər. Uzun illər keçsədə heç kim qəbullana bilmir. Adını insan qoyan "yer üzünün əşrəfi” ibarələri ilə bəzənən məxluq körpəni güllələyərmi, qanına qəltan edərmi, onun daxili orqanlarını çıxarıb satarmı? Bəli, ağıla sığışdırılası məntiq deyil! İnsan etməz deyərkən erməni etməz demirik. Fakt faktlığında qalır!

Yəqin ki, unutmamısınız! Düz doqquz il əvvəl -2011-ci il martın 8-də Ağdamın işğal olunmuş Şıxlar kəndi istiqamətində erməni snayperinin atəş açması nəticəsində, Orta Qərvənd kənd sakini 9 yaşlı azərbaycanlı Fariz Bədəlov həyatını itirdi. Həmin vaxt balaca Fariz başından ağır yaralandı və xəstəxanaya aparılarkən dünyasını dəyişdi. 2016-cı ildə isə Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində düşmənə məxsus partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak oldu, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə ağır xəsarət alıb. 2016-cı il aprelin 5-də erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Tərtər rayonunun Həsənqaya kənd sakini, 16 yaşlı Həsənova Turanə dünyasını dəyişdi.

2017 –ci il iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutuldu. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Sahibə İdris qızı Quliyeva və 2015-ci il təvəllüdlü Zəhra Elnur qızı Quliyeva həlak oldular. Qeyd etmək yerinə düşər ki, ermənilərin uşaq qətilləri isə bundan çox illər əvvəl başlamışdı.

Adı İNSAN- xisləti YIRTICI

Fransada qondarma "erməni soyqırımı” barədə arxiv materiallarını araşdıran türk araşdırmaçı Əli Rzaoğlu "Xocalı erməni generallarının xatirələrində” adlı araşdırmasında Xocalı qətliamında iştirak etmiş 34 erməni hərbçisinin xatirələrini təqdim edir. Kanadada yaşayan Vasili Stardiyan onunla müsahibədə bildirib ki, Xocalıdan və Qarabağdan olan 170 uşağın daxili orqanlarını əməliyyat yolu ilə çıxararaq Avropaya, ABŞ-a satmışdır.



1988-ci il dekabrın 5-də Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq etdilər. Borunu hündür uçurumdan tullayaraq fidanları qətlə yetirdilər. Elə həmin ilin noyabrında Quqarkda da bu cür hadisə həyata keçirilmişdi. 70-ə yaxın 5 yaşından 12 yaşına kimi uşağı 20 metr uzunluğunda 1,5 diametrdə boruya dolduraraq hər iki tərəfini bağlayıblarmış. Yalnız dekabrda baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər bu qətliamın üstünü açaraq dəhşətə gəlmişdilər.1990-cı il yanvarın 19-u axşamı erməni quldurları Naxçıvan Muxtar Respublikasının Sədərək kəndinə hücum etdilər. Onlar burada da ağlagəlməz tragediyaların sahibləri oldular. 6 yaşlı Elvin, 4 yaşlı Malik Nəsirzadə qardaşlarını da qətlə yetirdilər. Bir evin sevinci, bir ailənin ümidi olan iki günahsız körpə Sədərəyin ilk şəhidləri sırasında dayandı. Bu acı qisməti onlara yaşadansa yenə də ermənilər oldu...

"Dostum Xaçatur türk uşağını hissə-hissə doğradı...”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xalqımızın 20 minə yaxın övladı həlak oldu, 50 min adam yaralandı, 400-ə yaxın qadın erməni işğalçılarının əsarətinə düşdü. Bu illər ərzində ermənilər azərbaycanlılara qarşı 32 terror aktı həyata keçirdilər. Xocalı soyqırımı əsrin faciəsi adlandırıldı. Elə bu soyqırımında da 63 uşaq ermənilər tərəfindən qətlə yetirildi. İndi də o hadisələrdən bəhs edən lent yazılarına, fotoşəkillərə baxanda körpələrin ermənilər tərəfindən necə işgəncə ilə öldürülməsi adamın damarında qanını dondurur. Zori Balayanın internetdə yayımlanan tükürpədici məlumatları isə bu qətllərdən də betərdir. O, 1996-cı ildə "Ruhumuzun canlanması adlı bir kitab yazıb. Oradakı bir məlumatı olduğu kimi oxuculara çatdırırıq. Türkün qatı düşməni Zori Balayan yazıb: "13 yaşındakı türk uşağının (bu uşaq Xocalı soyqırımı vaxtı ermənilər tərəfindən girov götürülmüşdü ) başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək öldü. İlk sənətim həkimlik olduğuna görə, humanist idim. Ona görə də türk uşağına etdiyim bu əməllərə görə də, özümü xoşbəxt saymadım. Amma ruhum xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincdən qürurlanırdı. Dostum Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və onu türklə eyni kökdən olan itlərə atdı".

"10 yaşlı yaralı qızcığaz tonqalın içində zarıyırdı...”

Livanda yaşayan erməni yazıçı-jurnalist David Xeyriyan adlı birisi "Xaç naminə" kitabında yazıb: "Fevralın 26-da meyitləri daşıyıb Daşbulaq yaxınlığındakı bataqlığa tökdülər və cəsədlərdən keçid-körpü düzəltdilər. Mən ölülərin üstündən keçməyə qorxurdum. Tərəddüd etdiyimi görən polkovnik Ohanyan mənə dedi: "Qorxma, ürəkli keç. Bu hal müharibənin qanunlarından biridir". Mən qana bulaşmış 9-11 yaşlı uşağın və digər meyitlərin üstündən adlayıb bataqlığı keçdim. Çəkmələrim və şalvarımın balağı qana batmışdı".

David Xeyriyan daha sonra yazır:"Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi....

2 yaşlı şəhid Zəhraya ləyaqətsiz münasibət




Bir belə uşaq ölümünə bəlkə də dözmək olardı. Amma ermənilərin xislətini ortaya qoyan, onları insan məcmusundan kənarda saxlayan, vəhşi, qaniçən olduqlarını təsdiqləyən bu paylaşım olmasaydı.

Bizlər o ölümləri, o körpə fidanları bəlkə də, nə vaxtsa unutduq, amma bu erməni münasibətini, erməni şərəfsizliyini hec vaxt!

Bu qan yerdə qalsa, qansızıq demək!

Əntiqə Rəşid