adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Fevral 2020 23:23
8345
GÜNDƏM
A- A+

Birgə məlumat: “Azərbaycanda hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur”

"Sosial şəbəkələrdə koronovirsa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan səs yazısı həqiqəti əks etdirmir. Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib”.

APAxəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə yaydıqları məlumatda bildirilib.

Qeyd edilib ki, ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayırılmış dövlət tibb müəssisələrinə yerləşdirilir.

Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır.