adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Fevral 2020 19:38
17542
SİYASƏT
A- A+

67 saylı Cəlilabad Şəhər Seçki Dairəsinin iki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasındaMilli Məclisə seçkilərlə əlaqədar67 saylı Cəlilabad ŞəhərSeçki Dairəsindən namizədliyi qeydə alınmış Elşən Abıyev, Elşad Təhməzov və digər 6 namizədin müraciətinə baxılıb. Bu barədə MSK üzvü Tofiq Həsəov məlumat verib.

T. Həsənov bildirib ki, namizədlər səsvermənin seçicilərin iradəsini əks etdirmədiyini əsas gətirərək, dairə üzrə səsvermənin nəticələrinin ləğv edilməsini və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş edib:"Araşdırma bir neçə istiqamətdə aparılıb. Araşdırma nəticəsində sosial şəbəkələrdə yayılan və namizədlərin təqdim etdiyi videogörüntülər nəzərdən keçirilərkən 10 saylı seçki məntəqəsində qanun pozuntularının olması aşkarlanıb. Məntəqə seçki komissiyaları tərəfindən araşdırmaya 3 ədəd protokol təqdim olunub. Bu potokollardan 29 saylı seçki məntəqəsində də səsvermənin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Ona görə də təklif edirəm ki, bu iki seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib, 2 seçki məntəqəsində (10, 29 saylı seçki məntəqələri) səsvermənin nəticələri etibarsız sayılıb.

Qeyd edək ki, bu dairədə lider namizəd Malik Həsənovdur.