adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Fevral 2020 18:41
16599
SİYASƏT
A- A+

Prezident İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə zəlzələ qurbanları ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Prezident İlham Əliyev bu gün baş vermiş zəlzələnin Vanda insan tələfatına və dağıntılara səbəb olmasından çox kədərləndiyini bildirib.

Dövlət başçısı bu faciə ilə əlaqədar Türkiyə Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.