adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 Fevral 2020 16:52
12773
DÜNYA
A- A+

İtaliyada koronavirusa yoluxanların sayı 132 nəfərə çatıb

İtaliyada koronavirusa yoluxanların sayı 132 nəfərə çatıb.

APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Mülki Müdafiə Xidmətinin rəhbəri Ancelo Borelli bildirib.

Koronavirusa yoluxan 132 nəfərdən 2-i həyatını itirib, biri sağalıb. Hazırda 129 nəfər həkim nəzarətindədir.

Virusa yoluxma İtaliyanın dörd şimal əyalətində qeydə alınıb. Lombardiyada 88, Venetoda 24, Emilia-Romanye və Pyemontedə isə 9 nəfər virusa yoluxub.

A. Boreli deyib ki, zərurət yaranarsa,virusa yoluxanlar İtaliya Silahlı Qüvvələrinin karantin elan ediləcək obyektlərində yerləşdirilə bilər. Artıq bunun üçün kazarmalarda 5 min yer də hazırlanıb.