adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Fevral 2020 23:13
13870
DÜNYA
A- A+

Gürcüstan vətəndaşlarını İrana səfər etməməyə çağırıb

Gürcüstanhökumətivətəndaşlarını İranda koronavirusun yayılması səbəbindən bu ölkəyə səfər etməməyə çağırıb.

"Report” un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib.

Xəbərdarlıqda Gürcüstan vətəndaşlarına İrana səfər etməkdən çəkinmək tövsiyə olunub.

XİN İranda olan Gürcüstan vətəndaşlarını ehtiyac yaranacağı təqdirdə ölkənin Tehrandakı səfirliyinin "qaynar xətti” ilə əlaqə saxlamağa çağırıb.

Qeyd edək ki, İranda koronavirusdan 6 nəfər ölüb, yoluxanların sayı isə 28-ə çatıb.