adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 Fevral 2020 19:29
18997
SİYASƏT
A- A+

MSK sədrindən xəbərdarlıq: Qanun pozuntularına yol verən komissiyalar buraxılacaq

Növbəti seçkilərdə fəaliyyətində qüsurlar olan dairə seçki komissiyalarının, məntəqə seçki komissiyalarının sədrləri, üzvləri olmayacaqlar.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, fəaliyyətində neqativ hallara yol verən komissiya üzvləri cəzalandırılacaqlar: "Qanun pozuntularına yol verən komissiyalar buraxılacaq. Buna heç kimin şübhəsi olmasın. Artıq biz bir neçə məntəqə seçki komissiyasının fəaliyyətində baş vermiş pozuntuları araşdırırıq. Onların hər biri ilə bağlı müvafiq qərar qəbul ediləcək".