adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: DÜYÜN

FAİQ QİSMƏTOĞLU
46578 | 2020-02-24 09:19

(Əvvəli burada)

...Məhkəmə salonunda bir canlanma yarandı; müttəhimlər Nəcəf və Eldar Babayevqardaşlarının həyəcanları bir qədər də artdı. Gah əllərindəki qandallarabaxırdılar, gah da hakimin gözlərinə. Çünki prokurorun 13 il cəza istəməsionların bütün ümidlərini puç eləmişdi. Hər iki müttəhim bir göydə Allaha ümid bəsləyirdilər,bir də yerdə hakimin ədalətinə! Bu ədaləti isə bərpa etmək və qorumaq elə dəasan deyildi...

Müşavirədənqayıdan hakim Məmməd Kərimov bir daha məhkəmə salonuna diqqət yetirdi. Bir dahadövlət ittihamçısına və müttəhimlərə baxdı. Hiss etdi ki, hamı həyəcanlıdı. Prokuror istədiyi cəzanınməhkəmə hökmünü gözləyir, müttəhimlər və onun vəkili isə hakimin hansı hökmüoxuyacağının intizarındaydılar. Bütün bunların hamısını hakim çox yaxşı bilirdi. Uzanan məhkəməprosesində kimin haqlı, kimin haqsız olmasıartıq üzə çıxmışdı. Sadəcə olaraq, bir ədalətli mövqe tutmaq lazım idi. Bumövqeyi də hakim Məmməd Kərimov dəqiq müəyyənləşdirmişdi. Kiminsə cəzasını vəgünahını başqalarının üstünə atmaq elə özü də bir günah idi. Bunların hamısınıhakim yaxşı bilirdi.

Axırki, hakim Məmməd Kərimov məhkəmənin hökmünü salondakıların nəzərinə çatdırdı:"Müttəhimlər Nəcəf və Eldar Babayev qardaşlarının cinayət əməlləri məhkəməistintaqı zamanı sübuta yetirilmədi. Ona görə də hər iki müttəhim məhkəməzalından azadlığa buraxılır”. Təbii ki, ədalətli hökmün səslənməsisalondakıların əksəriyyətinin böyük sevincinə səbəb oldu. Hətta hər iki azadolmuş şəxsin qollarındakı qandalları nəzarətçi açsa da, onlar gözlərinəinanmırdılar. Çünki onlar ən azından elə bilirdilər ki, hakim prokurorunittihamından sonra 10 il cəza kəsəcək. Və Nəcəf və Eldar qardaşlarına hakimin ədalətlihökmü bir yuxu kimi gəlirdi. Elə bilirdilər ki, yuxu görürlər. Ancaq elə ki,onlar məhkəmə salonundan çıxdılar,doğmaları ilə görüşdülər, bax, onda hiss etdilər ki, həqiqətən azaddılar.

Nəaz, nə çox düz 10 ay onlar Bayıl təcridxanasında istintaq altında olmuşdular. Dəfələrləməhkəmə prosesi zamanı Füzuliyə gətirilib, Bakıya aparılmışdılar. Bu gedib-gəlməkaydındır ki, onlar üçün dustaq maşınında o qədər də asan deyildi. Və onlar eləbilirdilər ki, bu işin axırı hansısa bir cəzayla yekunlaşacaq. Ancaq haqq-ədalətvə hakimin obyektiv mövqe tutması onları bu haqsız cəzadan xilas eləmişdi...

Ailəsinəqovuşan hər iki qardaş göydə Allaha, yerdə də hakimə dua edirdilər. Deyirdilərki, ədalətli hakim olmasaydı, günahsız yerə türmədə çürüyəcəkdilər.

Məhkəməninhökmündən hamı razı qalsa da, təbii ki, dövlət ittihamçısı çox narazı idi. Üstəlikdə cinayət işi yenidən istintaqa qaytarılmış, Rüstəm kişini öldürən adamlarıntapılması üçün araşdırmalar aparmalıydı. Məhkəmənin hökmündən prokuror Ali Məhkəməyəprotest vermişdi. Və Ali Məhkəmədə də cinayət işinə baxılaraq, hakiminçıxardığı hökm qüvvədə saxlanılmışdı.

Müəyyənzaman keçsə də, nə axtarışlar bəhrə verdi, nə də istintaq hərəkətləri. Rüstəmkişinin qatilləri tapılmadı ki, tapılmadı...

...Hakim Məmməd Kərimov kabinetində əyləşib hansısa cinayət işini vərəqləyirdi. Buvaxt katibə qız yaxınlaşıb dedi:

-Kərimov, sizin yanınıza Məhərrəm müəllim gəlib.

Məhərrəmmüəllimin adını eşidən kimi hakim ayağa qalxdı. Qıza dedi ki, heç belə şeyolar, mənim dostumu niyə qapının ağzında saxlamısan? Qoy buyursun içəri!

MəmmədKərimov Füzuliyə gələn gündən özünə yaxşı dostlar tapmışdı. Onlardan da biriraykomda şöbə müdiri işləyən Məhərrəm Nəzərov idi. Məhərrəm Nəzərov KomsomolunII və I katib vəzifələrində işləmişdi. Təcrübəsi və savadıyla seçilirdi. Heçkimdən də çəkinən adam deyildi. Kiməsə sözü olsaydı, onun özünə deyərdi.

Məhərrəmmüəllim hakimin otağına keçəndə artıq Məmməd Kərimov ayaq üstə onu gözləyirdi.Salamlaşdılar və mehribancasına görüşdülər. Sonra da Məhərrəm müəllim stulda əyləşibdostuyla söhbətə başaldı:

-Bizim kənddə belə bir adət var; biri çətinə düşəndə camaat yığışıb pul yığır vəonu çətin vəziyyətdən qurtarır. Bizim həmyerlilər də kasıb adamlar idi, camaat4 min manat pul toplayıb. Sən də çox sağ ol, onların günahsız olduğunu sübut elədinvə azadlığa buraxdın. Bu 4 min manatı gətirmişəm ki, qonağın-qaran olar, onu xərclə.

HakimMəmməd Kərimov bir qədər əsəbləşdi:

-Məni qanıma qəltan eləsələr də, heç vaxt haqqı nahaqqa verən deyiləm. O pulu dagötür, apar ver həmin adamlara. 10 ay həbsxanada yatıblar, yazıqdılar, qoyehtiyaclarına xərcləsinlər. Mən o pulu götürsəm və xərcləsəm, boğazımda balıqsümüyü kimi ilişib qalar.

Məhərrəmmüəllim bir qədər pörtdü və səhvini anladı. Kağıza bükülü vəziyyətdə olan dörd min manatı cibinə qoydu və sonra da dilləndi:

-Kərimov, məni qınama ey, yerlilərim mənə dinclik vermirdi. Mən elə belə dəbilirdim. Bilirdim ki, o pulu götürməyəcəksən və geri qaytaracaqsan. Sadəcəolaraq, bu yük böynuma düşdüyü üçün etiraz eləyə bilmədim.

Məhərrəmmüəllim hakimlə xudahafizləşib onun kabinetindən çıxandan sonra elə həmin gün kəndəqayıdanda pulu o qardaşlara göndərdi və dedi ki, hakim pulu götürmədi. Dedi ki,öz ehtiyaclarına xərcləsinlər. Bunu eşidən qardaşlar birinci dəfə idi ki, həyatlarındabelə hadisəyə rast gəldiklərini dilə gətirdilər. Bildirdilər ki, o, bizimpulumuzu götürmədi. Allah ömrünü uzun eləsin. Biz də həmişə ulu Yaradana dua eləyəcəyikki, Kərimovu qorusun!

...Poçtalyon Qadirin kefi ala buluddan nəm çəkirdi. Bütün günü Füzulinin yaxşı yeməkxanalarındavə bulaq başında tamadalıq eləyirdi. Hava çox isti keçdiyi üçün bulaq başına gələnlərinsayı-hesabı yox idi. Və yadına düşdü ki, neçə aydı sudya ilə görüşmür. O dəqiqəfikrini dəyişdi, düz gedib çıxdı məhkəmənin binasına. Katibə qız onu görən kimitay əvvəlki təki sorğu-suala tutmadı. Poçtalyon Qadir ona salam verdi, qız dasalamını çox səmimiyyətlə aldı:

-Sudya yerindədi? – soruşdu.

-Bəli!

...Qız içəri keçib poçtalyon Qadirin gəldiyini hakimə çatdırdı. Tay bu dəfəpoçtalyon Qadir gözləmədi. Elə birbaşa hakimin otağına keçdi. Hakim də elə bilonun gəlməyini gözləyirmiş. Masanın üstündəki "Malbro” siqaretindən birinigötürüb çəkdi və poçtalyon Qadirə dedi ki, lap yaxşı vaxt gəlmisən, elə birişim də yoxdu. Dur gedək "Çənlibel”ə, orda sənə bir qonaqlıq verəcəm.

-Sudya, axı mən ora tək getmək istəmirəm. Seyran müəllim gələndə gedərik.

Hakim:

-Allah sənin köməyin olsun, Seyran Bakıda öz kefindədi. Nə vaxt gələr, onda yenəgedərik. İndi qanım qara deyil. Keçən həftə sən gələndə çox dilxor idim, həm dəəsəbi idim. Heç çörək yeməyə də dəvət eləmədim. Bax, indi onun əvəziniçıxmalıyam. Kefini pozma, cibinə xərclik də qoyacam.

...Yayın istisi idi. Füzulidə ən sərin yerlərdən biri Köndələn çayının üstündəki"Çənlibel” restoranı idi. Bura da çox vaxt vəzifəli adamlar gəlirdilər. Ammahakim ora gələndə ona xüsusi bir sevgi vardı. Birincisi, o heç kəsə imkan verməzdiki, yeyib-içəndən sonra kimsə onun hesabını ödəsin. İkincisi də xidmət göstərənlərəhəmişə əlavə pul da verirdi. Deyirdi ki, bunlar çox əziyyət çəkirlər. Gərək bizonların zəhmətini yerdə qoymayaq.

Başqayerdə nə qədər hava isti olsa da, "Çənlibel”in təmiz havası ora gəlib yeyib-içənlərələzzət eləyirdi. Bu dəfə masanın arxasında əvvəllər olduğu kimi, çox adam yox idi: bir hakim idi, bir dəpoçtalyon Qadir! Masanın arxasında o qədər lətifələr danışdı ki, hakim uğunubgetdi. Dedi ki, Allah köməyin olsun, ay Qadir, o qədər lətifə danışdın ki, yemək-içməkdə yaddan çıxdı. Heç poçtalyon Qadirin elə yeyib-içməyi də yox idi. Sadəcəolaraq, o, yeməkdən çox masa arxasında əyləşdiyi adamların aurasından ləzzətalırdı. Əgər masa arxasında əyləşmiş adamlardan biri Qadirin ürəyincə deyildisə, onu öldürsən dəduzlu-məzəli, şirin lətifələr danışa bilməzdi.

...Yeməkdənçox, o masanın arxasında əyləşən adamların duzlu olması onu düşündürürdü. Vəonu da düşünürdü ki, elə bu sudya dünyanın ən duzlu, ən yaxşı, ən ədalətliadamıdı. Poçtalyon Qadir dünyanın ən duzlu, ən ədalətli hakimi ilə düz iki-üçsaat əyləşib həm çörək yedi, həm ürəyini boşaltdı, həm də o ki, var təzə lətifələrdanışdı...

...Hələ də yayın istisi özünü göstərirdi. Günəşin isti nəfəsi adamları karıxdırsada, amma nə hakimi, nə də poçtalyon Qadiri karıxdırmırdı. Hər ikisinin "Çənlibel”dənçıxandan sonra çiyinlərindən ağır yük götürülmüşdü. Və hər ikisi çox rahat, çoxsakit və çox da nikbin idi...


TƏQVİM / ARXİV