adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Heyrətamiz məktub, tərk edilmiş post, parçalanmış əsgərin son arzusu

REY KƏRİMOĞLU
33056 | 2013-05-21 00:55

Dost-tanışyaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara dahəmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlıbaş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər eləhey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları varki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxtyazılırsa yazılsın... Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.

Digərtərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasınaşəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalaninsanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərindəyaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməniişğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranmasıprosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədəntəsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...

Bu da mənimbir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsi. İndi busəhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gecdeyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçək şahidləri varıq, busəhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamiləoxunmaz hala gəlmədən...

Balaca, bozarıların vətəni

28-ci yazı

Canyataq vəGülyataq kəndlərini azad edəndən sonra bizim batalyonun əsgərləri özmövqelərinə qayıtdı. Əsas qüvvələrimizin bir hissəsi Xaçın çayı boyunca, üzüBallı qaya-Kiçan-Qazançı istiqamətində idi. Kəşfiyyat və Minaatanlar dəstəsininşəxsi heyəti Qazançının "Sarıqaznaq" deyilən nöqtəsi ilə üzbəüz yerləşən "Tək Palıd" postundadayanırdıq.

Səhəringözü açılar-açılmaz boz, balaca arılar "Tək palıd" postunda yaygünəşinin yandırıb qurutduğu otların arasında vızıldamağa başlayırdılar. Onlarnə bal arılarına, nə də adi arılara bənzəyirdi. Biz döyüş olmayan hər gününsəhərini bu arıların vızıltısı ilə açırdıq. Günün müəyyən vaxtlarında böyük birqismi harasa uçub gedən arılar bir müddət sonra səs-küylə, vızıldaya-vızıldayageri - bizim postdakı yuvalarına qayıdırdılar. Bir neçə arı isə onlar gələnəqədər bu balaca - girişi noxuddan da kiçik diametrdə olan - yuvalarının ağzındaelə həmin səs-küylə uçuşurdular. Vay o gündən ki, ayrı tərəfdən azıb gələnarılar onların yuvalarına tərəf gələydilər. Bax onda bu bir neçə balaca arı birharay salırdı ki, gəl görəsən! Biz bir-birimizə heç nə demədən hər gün bumənzərəni heyrətlə izləyirdik. Harasa getmiş arı dəstələri dəstələrləyuvalarına dönəndən sonra hamısı içəri girməzdi. Bir-iki arı yuvanın ağzındadayanıb keşik çəkirdilər. Yad arılar onların yuvasına tərəf gələndə o keşikçiarı bir növ içəri xəbər verirdi və dərhal yuvadan nisbətən iri 6-7 arı çıxaraq"yad"ları ərazidən uzaqlaşdırırdı, qovurdu. Bu maraqlı prosesi bizhər gün eyni şəkildə izləyirdik. Ermənilər bizim mövqeləri atəşə tutanda bizsəngərlərə, bu balaca arılar isə öz yuvalarına girərdi...

Busətirləri yazarkən gözümün önünə minaatanlar dəstəsindən Fəxrəddin Məmmədov,Firudin Məmmədov, Şamil Əbilov, Cabir, Amil, Rafiq, Rabil, Elçin gəlir...

Bir dəfə indiAzərbaycanda çox tanınmış Qarabağ döyüşçüsü, qazi Firudin Məmmədovun dayısıoğlu, çox nadir hallarda danışan Süleyman dedi ki, Allahın arsının da vətənivar, o da öz vətənini qoruyur, amma bəziləri hələ də vətənin nə olduğunuanlamır.

"Burnundangəlsin..."

Neçə günidi ermənilər "Tək palıd" postuna atəşi dayandırmırdılar. Ciddiitkilərimiz olmasa da, arada yaralananlar olurdu. Bəzən elə olurdu ki, naharvaxtı ermənilər postumuzu top və minaatanlardan atəşə tuturdu. Dəmir əsgərnimçələrimizdəki xörəklərimiz torpaqla dolardı. Buna necə öyrəşmişdiksə,xörəyimizi elə torpaq qarışıq yeyərdik.

Beləgünlərin birində bizə nahar və quru ərzaq gətirdilər. Gətirilən ərzağıniçərisində 3 litrlik şüşə banka diqqətimi çəkdi. O zamanlar ön cəbhədə döyüşənəsgərlər üçün müxtəlif bölgələrimizdən sovqatlar göndərilirdi. Bizim batalyonagələn belə sovqatlar həmişə əsgərlər arasında ədalətli şəkildə bölünərdi. Budəfə bizim payımıza 3 litrlik bankadamürəbbə düşmüşdü. Uşaqlar bankanı səliqəylə açdılar. Unutmuşam, bankadakı yaheyva, ya da əncir mürəbbəsi idi. Elə qaşığı bankanın ağzına salanda qaşıqdasellofana bükülü nəsə çıxdı. Sellofanı açdım, bir məktub çıxdı:

"Bumürəbbəni anamın köməkliyi ilə özüm bişirmişəm. Milli ordumuzun ön cəbhədəerməniylə üzbəüz dayanan əsgərləri üçün. Əgər bunu başqa birisi açıb yeyərsə,burnundan gəlsin, haramı olsun!

İmza:Beyləqan rayonu, İsmət Qayıbov adına orta məktəbin 10-b sinif şagirdi..."

İndi oməktubu yazan qızın adını unutmuşam. Elə oradanca həmin ünvana, o qıza cavabməktubu yazdım. Yazdım ki, narahat olmasın, mürəbbəsi elə ön cəbhədəkiəsgərlərə qismət olub. Amma bilmədim, o məktub o qıza çatdı, ya yox?

Yalçınınhekayəti

Ayını,günün unutmuşam, bir gecə Qazançı istiqamətinə olacaq hücuma hazırlaşmağabaşladıq. "Tək palıd" postundan xeyli irəliləyib özümüzə mövqetutmuşduq. Sağımızda, solumuzda müxtəlif batalyonun hissələri düzülmüşdü.Sarıqaznaq da daxil olmaqla müxtəlif istiqamətlərdən Qazançının ermənilər olanyüksəkliklərinə yaxınlaşıb gözləyirdik. Sağ tərəfimizdə "General Ərşad"ınbatalyonundan olan əsgərlər üzü erməniyə tərəf uzanmışdılar. Hər kəsyaxınlığındakı döyüşçü dostu ilə söhbət edir, bəzən zarafatlaşırdı. Bəziləriisə ilk dəfəydi rastlaşırdılar deyə, tanış olurdular. Aylı gecə olsa da yalnızyaxınlıqdakı adamları seçə bilirdin. Belə bir vəziyyətdə mən də kiminləsə,nədənsə danışırdım. Birdən kimsə məndən təxminən 80-100 metr aralı birməsafədən adımı çəkdi:

- Kimdirməni soruşan? - deyə o tərəfə səsləndim.

- Rey,sənsən?-, o tərəfdən cavab gəldi.

- Hə,mənəm, kimdir?

- Mənəm ey,Yalçın, Yalçın!

Tanımadımdeyə, cavab verməyə tələsmədim. Bu dəfə Yalçın bir də məni səslədi:

- Sən"mexanizasiya"da oxuyan Rey deyilsən?

"Mexanizasiya"mənim ilk təhsil aldığım, çox uzun adı olan texnikuma (Azərbaycan SSR KəndTəsərrüfatı Nazirliyinin Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirilməsi vəElektrikləşdirilməsi texnikumu) Ağdam camaatının arasında qısa adı idi.

- Hə,mənəm...

Sözümüzyarımçıq kəsib bir də özünü tanıtdı:

- Qaqa,mənəm ey Yalçın, Yalçın! Dını, Mexanizasiya...

Dını?! Hə, tanıdım.Bu o Yalçın idi! Yalçına öz aramızda Dını deyərdik... "O hara, burahara?" - deyə düşündüm.

YalçınlaAğdam Rayonu Kənd Təsərrüfatının Mexanikləşdirilməsi vəElektrikləşdirilməsi Texnikumunda, omexanika, mən isə inşaat fakültəsində oxumuşuq, elə onda da tanış olmuşduq."Mexanizasiya"nın qabağında Yaşarın çayxanasında tələbə dostlarım,yoldaşlarım Saməddin Qəhrəmanovla, Elman Səfərovla, Elbrusla, İlqar-Makarla,Aydınla, Yaşarla, Əlişlə, İlhamla tez-tez bir yerdə oturub çay içərdik.

Yerigəlmişkən, o zamanlar - 1988-ci ilin payızından, 1991-ci ilin əvvəlinə qədər -bu uşaqlarla birgə müəllimlərimiz Məcid, Rəsul, Rafiq, Mahir və indi adınıunutduğum digər ilə dəfələrlə ermənilərlə həmsərhəd kəndlərdə postlaragetmişik.

Yalçınlailk dəfə 1989-cu ildə indi milli bayrağımızın rəmzi olan döş nişan ilə bağlınarazılığımız oldu. O zamanlar tələbələr də bu nişanı fəxrlə sinələrinətaxırdılar. Birini də mən pencəyimin sol yaxasına taxmışdım. Yalçın əli ilə onişana toxunub zarafat edirdi. Ona xəbərdarlıq etmişdim ki, bayraqla zarafatetmək olmaz. Günlərin bir günü bunun üstündə Yaşarın çayxanasında onunla bərkdavamız oldu. Ondan sonra Yalçınla heç rastlaşmadım. Rastlaşanda da danışmırdımənimlə...

Onunlaindi, o hadisədən bir neçə il keçəndən sonra, özü də ümumi düşmənimizlə üzbəüzdayanan bir gecədə tapışdıq. Səs istiqamətinə tərəf irəliləyərək bir yamacdagörüşdük Yalçınla. Qucaqlaşıb, bir-birimizi bağrımıza basdıq. Bir qədərsöhbətləşib hərəmiz öz mövqeyimizə çəkildik. O könüllü olaraq yenicə batalyonayazılmışdı. Səhər açılanda döyüş başladı. Bilirdim ki, Yalçıngil sağcinahımızdadır. Biz onlardan hündür bir yüksəkliklə irəliləyirdik. Yalçıngilisə bizdən aşağıdakı bir dağın yamacı ilə irəliləyirdilər. Gəlib Qazançının sağtərəfinə çatdıq.

Qazançıyadüşən dağdan aşağı enəndə Qazançının qəbiristanlığının yanına çatan Yalçıngiliovuc içi kimi görürdük. Onlar güllə yağışı altında qəbiristanlığın üstündəkiyamaca tərəf irəliləyirdilər. Nədənsə, ürəyimə damdı ki, yaxşı olmayan birhadisə baş verəcək... Yamaca çatanda hansı qaratikan kolundan 30-40santimetrlik çəpərlə hasara alınmış əraziyə çatıb, o çəpəri adlayırdılar.Yalçın da onlar kimi çəpərə çatıb adlamaq istədi. Bilmədim onu vurdular ya,ayağı sürüşdü, birdən arxası üstə yerə yıxıldı... Yıxılmağı ilə minanınpartlaması bir oldu. Yalçın arxası üstə minanın üstünə düşmüşdü...

O səhnəsonralar baxdığım neçə müharibə və dəhşət filmlərinin ən ağır səhnələrini beləkölgədə qoyur hələ də... Ölümcül yaralanan, param-parça olan Yalçın uşaqlardanxahiş edib ki, onu vursunlar. Amma heç kəs vurmayıb. Yalçın elə oradaca həlakoldu. Bədənindən ələ keçən bir yer qalmamışdı, nəyi dəfn elədilər, bilmədim...

Topçularınpostu

Gecə xəbərgəldi ki, ermənilər Qalayçıların üstündəki dağda yerləşən topçuların postunualıb. Bizi Qalayçılara gətirdilər. Yenə kəşfiyyat, minaatanlar dəstəsininəsgərləri birgəydik. Biz ora çatanda topçuların komandirini və topçuları kəndinqırağında gördük. Gecəydi deyə çox adamı tanıya bilmirdik... Amma topçularınkomandirinin danışığını eşidirdik. O durmadan ona verilən suallara"Ermənilər postu aldılar, gücümüz çatmadı, topu da qoyub aşağıdüşdük!" - deyib təkrarlayırdı. Qəflətən güllə kimi bir şillə səsi gəldi.Bizim batalyonun rəhbərlərindən kimsə topçunu şilləylə vurmuşdu. Topçunun səsikəsildi.

Gecənin buqaranlığında nə edəcəyimizi bilmirdik. Batalyon komandiri Allahverdi Qəmbərovtəkidlə bildirdi ki, nəyin bahasına olur-olsun, topun yerləşdiyi postu geriqaytarmaq lazımdır.

İri çaplıPK markalı pulemyotu əlində tutan minaatanlar dəstəsindən Şamil Əbilov məniaxtardı:

- Rey hanı?

Onayaxınlaşdım:

- Burdayam,qaqa.

- İkimizgedək, ayrı adam lazım deyil!

Razılaşdım.İkimiz yola düzəldik. Qaranlıq gecədə meşə ilə dağın zirvəsinə tərəfirəliləyirdik. Bir müddət yol gedib, dağın başındakı topun yanındakı postaçatdıq. Ermənilər iki istiqamətdən oranı atəşə tuturdular. Burada erməni varsa,niyə özlərini vurular? Bir-birimizə bu sualı verərək yavaş-yavaş posta tərəfsüründük. Yaxınlaşıb orada kimsənin olub-olmadığını yoxladıq. Post boş idi! Səndemə, heç ermənilər də hələ posta girməyiblər, sadəcə, topçular orada olandaatəşə tuturmuşlar. Sonra hücum edəcəklərmiş...Biz topun yanındakı postunsəngərinin içinə atıldıq. Bu arada atəş də kəsildi, ermənilər yavaş-yavaş bizimsəngərə tərəf irəliləyirdilər. Şamil pulemyotuna yer rahatlayıb ermənilərinhənirtisi gələn tərəfi atəşə tutdu. Mən də avtomatla ona dəstək verdim. İkiəsgər yoldaşı, iki dost çiyin-çiyinə səngərdə dayandıq...

Bir azdan digər əsgərlərimiz də gəlib çatdı.Səhərə yaxın biz aşağı düşəndə topçuların komandiri papağı əlində üzü yuxarıqalxırdı...

[email protected]

(Ardı var)

TƏQVİM / ARXİV