adalet.az header logo
  • Bakı 19°C
21 Fevral 2020 17:32
14614
DÜNYA
A- A+

Putinin avtoqrafı hərracda 340 min rubla satıldı

Rusiya Prezidenti Vladimir Putinin avtoqrafı Moskvada hərrac zamanı 340 min rubla (5 min dollardan çox) satılıb.

Adalet.az-ın məlumatına görə, həmin avtoqrafı V.Putin 2001-ci ilin sentyabrında yazıçı Valentin Zorinə kitabının qarşılığında vermişdi.

Bundan başqa, hərrac zamanı "Taxt-tac oyunları” kitabının müəllifi Corc Martinin imzası 15 min rubla (233 dollar) satılıb.

Kosmonavtlar Yuri Qaqarin, Valentina Tereşkova, isveçli uşaq yazıçısı Astrid Lindqrenin avtoqrafları da satılan imzalar arasında yer alıb.