MSK iki məntəqədə səsvermənin nəticələrini ləğv etdi
Mərkəzi Seçki Komitəsinin (MSK) bu gün baş tutun iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 91 Ucar seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Adalet.az-ın məlumatına görə, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.
MSK katibi Arifə Muxtarovanın sözlərinə əsasən, araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları yalnız 18 və 38-ci seçki məntəqələrində öz təsdiqini tapıb.
O bildirib ki,18 və 38-ci seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. O, həmin məntəqə üzrə səsvermənin nəticələrinin əsassız sayılmasını təklif edib.
Təklif səsə qoyularaq qəbul edilib.
Digər Xəbərlər
24 Aprel 2024 13:29
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir
24 Aprel 2024 13:23Prezident Mülki Prosessual Məcəllədə dəyişiklik etdi
24 Aprel 2024 13:07Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
24 Aprel 2024 13:02Separatçıların Xocalıda “xidmət apardığı” hərbi hissə - VİDEO
24 Aprel 2024 12:51