adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
07 Mart 2020 09:00
44204
ŞOU-BİZNES
A- A+

Dünya şousundan seçmələr: ayrılıqlar, yeni eşqlər, həyəcanlı paylaşımlar...

Deyilənə görə, ABŞ-ın pop ulduzu Britni Spirs bədnəzərə tuş gəlib. 38 yaşlı müğənni rəqs edərkən ayağını sındırıb. Bu səbəbdən də xəstəxanalıq olub. Bununla bağlı müğənninin sevgilisi 26 yaşlı Sem Asqari öz "Instagram” səhifəsində məlumat paylaşıb. Amma dəqiqbədəqiq söyləməyib ki, Britni harda rəqs edirmiş, kimin xeyir iş məclisiymiş, kiminlə oynayırmış, nə qədər icmişimiş? Xəbəri də beləcə alayarımıq xəbər verirlər, bütöv xəbər demirlər ki,narahatcılığımız, həyəcanımız, təşvişimiz sakitləşsin. Britnidən tam da 12 yaş balaca olan Sem Asqari ətraflı məlumat verməyə ya hövsələsi çatmayıb, ya da yaşı…



Yaş demişkən, xəbəriniz oldumu? Türkiyəli pop müğənni və aktrisa, Türkiyədə, Türk pop musiqisinin "Superstar"'ı olan 74 yaşlı Ajda Pekkan sevgilisindən ayrılıb. Son illər isə özündən 22 yaş kicik olan Bülənt Çavuşoğlu adlı iş adamı ilə tam 8 ildir bir yerdə yaşayırmışlar. Münasibətləri boyunca tez-tez küsüb, barışan cütlüyün bu dəfə qərarlarında ciddi olublar. Ayrılıblar. Hətta Ajdanın sevgilisi ondan ayrılarkən vida nitqində kədərlə deyibki, əzizim gələcək sevgində sənə uğurlar dilərim…”Gələcək sevgində” haaa…Dünyanın sevilən "Superstar"'ını dolayır bu? 8 il Ajdanın villasında yeyib-içib, kef edib dincəlmisən, ayrılan kimi adamı ələ salarlar??? Sazlı-Telli demiş, elə sənin ajığına Ajda bir də sevəcək.


Türkiyənin məşhur müğənnisi Sərdar Ortac 4-5 il əvvəl irlandiyalı nişanlısı Xloe Luqnanla evlənmişdi axı... Toy elə bir toy olmuşdu ki, uzun müddət camaatın ağzına mövzu olmuşdu. Nikah mərasimində müğənni əvvəlcə xristian adətlərinə uyğun olaraq keşişin qarşısına keçmişdi, onun dediklərini ingiliscə təkrarlamışdı. Daha sonra isə bələdiyyə sədrinin müavini onların rəsmi nikahını elan etmişdi. Bir çox məşhurun iştirakıynan toy mərasimi gecə saatlarına qədər davam etmişdi.Xloe xanım xoşbəxtliyinin qədrini bilmədi, ayrıldılar. Elə indicə eşitmişəm ki, Sərdar Ortaç bu ayrılığa cox da dözüş gətirə bilməyib, özünə yeni sevgili tapıb. Hətta yeni sevgilisi Seçil Gür ilə sarmaş-dolaş bir ticarət mərkəzindəki restoranda kameralara tuş gəliblər. Nəsə, olan Xloeyə oldu.


Son zamanlar həddən artıq kilo verməsi ilə gündəmə gələn dünya şöhrətli müğənni Adelin aqressivliyi izləyicilərin diqqətini çəkib. 31 yaşlı müğənninin "Instagram”da yayılan fotosunda aqressivliyi tam əks olunub. Həddindən artıq arıqlayan ulduzun son davranışları onun psixi vəziyyətinin yaxşı olmadığından xəbər verir. Onun qışqırması və aqressiv davranması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Adel bizim rayonnumuz olsaydı, ağbirçək nənələr məsləhət verərdilər ki, get, özünə bir dua yazdır. Ağıl duası… Heyf biz tərəfdən deyil.



Bir də yalan- gercək deyirlər ki, Türkiyəli məşhur aktrisa və aparıcı Defne Samyeli keçmiş sevgilisi Cem Yılmazı İnstagramda izləmədən çıxarıb, birgə çəkdirdikləri şəkilləri öz səhifəsindən silib. Deyirlər, Cem Yılmaz ona xəyanət edirmiş. Mən də dəqiq bilmirəm, gedim öyrənim sizə də xəbər eliyəcəm. Calışın mən xəbər gətirənə qədər salamat qalın!(Görək bu Cem Yılmaz niyə belə eliyib?)

Əntiqə Rəşid

Adalet.az