adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Fevral 2020 10:13
22662
ŞOU-BİZNES
A- A+

Alsudan gözlənilməz etiraf: ” Brilliant Dadaşovanı sevirəm...”

Bir necə il əvvəl xalq artisti Brilliant Dadaşova TRT Türk telekanalında yayımlanan, Erhan Konukun "Batıdan doğuya” verilişinin qonağı oldu. Müğənni 1 saatlıq verilişdə "Ana ürəyi”, "Küçələrə su səpmişəm”, "Tut ağacı” və Neşet Ertaşın "Dane-dane benleri yüzündə” mahnılarını oxumuşdu. Erhan Konuk etiraf edib ki, verilişdə musiqiyə çox yer ayırması səbəbsiz deyil: ”Düşünürəm ki, Brilliant xanımın səsi önündə əyilmək gərək”.

Ötən gün isə Rusiyanın tanınmış müğənnisi, Tatarıstan Respublikasının xalq artisti Alsu Abramova teleaparıcı Kseniya Sobçakın "Youtube”da yayımlanan qalmaqallı layihəsinin qonağı olub. Sənətçi sözügedən proqramda şəxsi həyatı və sənəti haqqında müzakirələrə səbəb olacaq açıqlamalar verib. Sonrakı aıqlamaları isə daha maraqlı olub.

Adalet.az xəbər verir ki, Alsu Azərbaycan musiqisini bəyəndiyini və Xalq artisti Brilliant Dadaşovanın özünün və səsinin vurğunu olduğunu dilə gətirib. Kseniya çəkiliş zamanı B.Dadaşovanın "Bayatılar” mahnısını səsləndirib. Alsu isə mahnının sədaları altında rəqs edib.Yazdıqlarımızdan belə məlum olur ki, Brilliant Dadaşovanı tanımyan, sevməyən çox az adam var.



Amma illər öncə etdiyi bir səhvə gərə, müğənniyə hələ də aqressiya sərgiləyən, o səhvi unutmayan kifayət qədər də soydaşımız var.

Qeyd edək ki, 2 il əvvəl Azərbaycanın xalq artisti Brilliant Dadaşova erməni ifaçısı Varujan Şahbazyanın qarmonda ifasını bəyənib və rəy bölməsinə "Super" yazmışdı. Bu azmış kimi, erməni ifaçı ona cavab olaraq: "Çox sağ ol, əzizim" – sözləri ilə cavablandırmışdı. Xalq artistinin bu rəyini oxuyan azərbaycanlılar isə onu sərt şəkildə tənqid etmişdilər. İzləyicilər həmin vaxt erməni mərmisi ilə dünyasını dəyişən Zəhra və onun nənəsi üçün heç nə yazmayan və heç nə paylaşmayan, lakin erməni ifaçının ifasını bəyənən xalq artistinin xalqın adına utanc olduğunu qeyd etmişdilər. Yeri gəlmişkən, bu günlərdə Xalq artisti Röya Ayxan qatıldığı proqramlardan birində həmin mövzunu yenidən gündəmə gətirmiş, B. Dadaşova isə Röyanın bu hərəkətinə kəskin reaksiya vermişdi.

Əntiqə Rəşid