adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Fevral 2020 23:15
8155
HADİSƏ
A- A+

“Kia” reklam lövhəsinə çırpıldı

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyinə (FHN)istinadən Adalet.az xəbər verir ki, FHN-in"112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən Qaradağ rayonunda "Kia” markalı minik avtomobili yol kənarındakı reklam lövhəsinə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1981-ci il təvəllüdlüAbdullayev Zaman Firail oğlunun və şəxsiyyəti məlum olmayan daha 1 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.