adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Fevral 2020 20:54
20575
İDMAN
A- A+

“Mançester Yunayted”də Reşford şoku

"Mançester Yunayted”in zədəlifutbolçusu Markus Reşford uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Qol.azxəbər verir ki, bu barədə "qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşer klubun rəsmi saytına açıqlamasında deyib.

O, ingilis hücumçunun bir neçə ay oynaya biməyəcəyini qeyd edib: "Mən həkim deyiləm, amma ümid edirəm ki, Reşford bu mövsüm oynaya bilər. Bu, olsa da ancaq son oyunlarda olacaq. Sağalması üçün bir neçə ay vaxt lazımdır. Zədəsi gözlədiyimizdən daha ciddidir. Oynaya bilməzsə, Avro-2020-də də iştirak etməyəcək”.

Xatırladaq ki. Reşford yanvar ayında belindən zədə alıb.