adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Fevral 2020 20:36
17023
SİYASƏT
A- A+

Çindəki səfirliyimiz tam heyətlə işləyir - XİN

Azərbaycanın Çindəki səfirliyi adi rejimdə, tam heyətlə fəaliyyət göstərir.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva məlumat verib.

Qeyd edək ki, son məlumata görə, yeni koronavirusa yoluxanların sayı 75 777 nəfər, ölənlərin sayı 2 130 nəfər, sağalananların sayı 16.892 təşkil edir. Həmçinin Çindəki əcnəbilərdən 29 nəfər bu xəstəliyə yoluxub, onlardan iki nəfəri ölüb, 18 nəfər isə sağalıb.