adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Fevral 2020 20:27
18548
SİYASƏT
A- A+

MSK daha altı məntəqənin nəticələrini “sıfırladı” - YENİLƏNİB

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 11 saylı Qaradağ Seçki Dairəsi üzrə daxil olan müraciətlərə də baxılıb.

 MSK-nın iclasında bununla bağlı qərar verilib.

Qərarla həmin dairənin 30 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılıb.

Bundan əlavə sözügedən iclasda həmçinin 23 saylı Nəsimi-Səbail Seçki Dairəsi üzrə daxil olan müraciətlər müzakirəyə çıxarılıb.

MSK şikayətlərlə bağlı qərara alıb ki, adıçəkilən dairənin 14, 17, 23, 25 saylı seçki məntəqələrinin nəticələri etibarsız sayılsın.

19:42

Milli Məclisə seçkilərlə əlaqədar 8 saylı Binəqədi Birinci Seçki Dairəsi üzrə bir məntəqənin nəticələri etibarsız sayılıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında qərar verilib.

Nəticəsi etibarsız sayılan həmin dairənin 24 saylı seçki məntəqəsidir.(oxu.az)