adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
20 Fevral 2020 20:14
14174
DÜNYA
A- A+

Müxaliflər Suriya ordusuna qarşı əks-hücuma keçdi

Müxalif qüvvələr Suriya ordusunun İdlibin cənubunda ələ keçirdiyi əraziləri geri almaq üçün əməliyyata başlayıb.

Bu barədə "HaberGlobal” məlumat yayıb.

Əməliyyat çərçivəsində müxalif qüvvələr Sərakib rayonunun şimal-qərbindəki Neyrab kəndinə giriblər.

Kənddəki Suriya ordusu hədəflərinə artilleriya zərbəsi endirən müxaliflər orduya aid bir tank və zirehli transportyoru məhv edib, daha bir tankı ələ keçiriblər.

Hazırda kənddə müxaliflərlə Suriya ordusu arasında şiddətli döyüşlərin getdiyi qeyd olunur.