adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Fevral 2020 15:56
8016
HADİSƏ
A- A+

Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanıldı

Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən Neftçala rayon sakini N.Cəfərov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, fevralın 19-da saat 8 radələrində Nəsimi rayonu ərazisində piyada keçidində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini V.Ələkbərova vurulmuş və piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "Renault” markalı avtomobilin sürücüsü, Neftçala rayon sakini N.Cəfərov saxlanılıb.