adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
20 Fevral 2020 14:51
9437
HADİSƏ
A- A+

Rəhim Qazıyevi döyən kürəkəni saxlanıldı

Azərbaycanın sabiq Müdafiə naziri Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, fevralın 19-da Rəhim Qazıyev sabiq kürəkəni Əzizov Ramil Rafiq oğlu tərəfindən Yasamal rayonu ərazisində döyülüb.

E. Zahidov qeyd edib ki, hadisə yerinə yollanan polis əməkdaşları Ramil Əzizov saxlayıblar.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.