adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
21 Fevral 2020 09:39
50738
ŞOU-BİZNES
A- A+

Xaricdə yaşayan Azərbaycan əsilli modellərin rəngli həyatı

Bildiyiniz kimi, öz biznesini uğurlu şəkildə qurmaq istəyən hər bir investor, start-up yaratmaq istəyən komanda yaxud hər hansı bir biznesin rəhbərliyində olan C level idarəçilər ilkin olaraq biznes modelin nə olduğunu bilməli, öz biznes modelini formalaşdırmalı və bu modelə uyğun strateji və biznes plan hazırlamalıdır.

Biznes model onu istifadə edən biznesin necə işlədiyini, nə istehsal etdiyini və satdığını, öz müştərisi üçün hansı dəyəri yaratdığını və bunu necə çatdırdığını, həmçinin o dəyəri satmağın qarşılığında necə qazanc əldə etdiyini ifadə edən konseptual bir çərçivədir.

Validə Abbasova

Əgər unutmamısınızsa, "Miss Millennium Azerbaijantitullarının sahibi, Azərbaycandan İsveçrəyə köçən məşhur model Validə Abbasova sosial şəbəkədəki ard-arda paylaşımları şou gündəmində əməlli-başlı səs-küy yaradaraq fenomeni olmağı bacardı.


Xüsusən onun gecə klublarında çəkdirdiyi açıq-saçıq fotosu ilə diqqət mərkəzinə düşdü. Uzun, parıltılı, gümüşü rəngli, dərin yırtmaclı libasla şəkil çəkdirən Validə ayağını digər ayağının üstünə aşıraraq seksual poz verdi. Cəmiyyətin maraq və birmənalı olmayan münasibətini gördükdən sonra daha maraqlı və açıq-saçıq fotolarını paylaşdı.

Məşhur model ikincı paylaşımını hovuz kənarından etdi. O, hovuzun kənarında əyləşdi və alt paltarında şəkil çəkdirdi. Bir sözlə, açıq çəhrayı rəngli büstqalterini əynindən çıxararaq yanına qoyan, üzühovuza tərəf oturan Validə bir əlini saçlarınaapararaq ehtiraslı poz verdi.

Arxadan çəkdiyi şəklini "Instagram” hesabında paylaşan model,əks cinsin nümayəndələrinin diqqətini özünəçəkib."Miss Millennium”un seksual fotosuna izləyicilər çoxlu şərhlər yazıblar.

Qeyd edək ki, məşhur model yarıçılpaq və ümumiyyətlə çılpaq fotoları ilə hər zaman gündəmdə olmağı bacarıb.

Ruslana Gee

Digər modelimiz - Amerikada yaşayan"Ruslana Gee” ləqəbi ilə tanınanazərbaycanlı model,"fashion” bloqer Ruslana Cavadovaingilis dilində yaxşı danışa bilməməsinə və aktyorluq təcrübəsinin olmamasına rəğmən, Narkotik asılılığı olan striptiz işçisi rolunu canlandırmaq üçün "Eyforiya”serialınınkastinqlərində iştirak edib. Bu barədə Ruslanaşəxsi "Youtubekanalında video paylaşıb.


"Tələffüzümün yaxşı olmamasına görə,şansım olmadığını bilirdim. Təcrübəm də yoxdur. Bu rolun öhdəsindən gəlmək üçün amerikalı qız axtarırdılar.Suallara cavab verdim. Amma zəng vurubçağırmadılar. Yəqin ki, həmin rola uyğun görülmədim. Bəlkə də çağıracaqlar. İkinci mövsümün çəkilişləri mart ayında başlayacaq”-deyə,R.Cavadova bildirib.

"Eyforiya” serialında zorakılıq və intim səhnələr var.

Qeyd edək ki, cazibədar model Ruslana Bakıda anadan olub. Hələ məktəb illəri zamanında o, moda və gözəllik sahələrinə maraq göstərib.

2016-cı ildə Fransa, Ukrayna və Azərbaycanda məşhur moda jurnalı tərəfindən keçirilən illik "L'Officiel” mükafatlarında iki kateqoriyaya - "Ən yaxşı Model" və "Ən yaxşı Moda Bloger" mükafatlarına layiq görülüb.

Cavadova həm də zərgərlik dizayner işi ilə məşğul olur. İstanbulda oxuyan Ruslana daha sonra təhsilini Los-Ancelesdə davam etdirmək üçün okeanın o tayına köçüb.

Hazırda Ruslana Amerikada yaşayır və bloqerlik fəaliyyətinidavam etdirir.

Günay Musayeva


Türkiyədə yaşayan məşhur azərbaycanlı model Günay Musayeva Tovuz rayonunun Düz Cırdaxan kəndində doğulub. "Best Model of Azerbaijan - 2010"-un qalibi və "Best Model of the World - 2010"-un vitse-missidir. O, bu müsabiqələrdə qalib gələndən sonra yaşamaq üçün Türkiyəyə gedib və orada məşhur türk aktyor Tolqa Karellə ailə qurub. Lakin oğulları dünyaya gələndən sonra cütlük ayrılıb. Onlar ayrılsalar da, aralarındakı qalmaqallar bitib-tükənmək bilmir. Bu yaxınlarda Tolqa Karel hətta Günel Musayevanı onu bıçaqlamaqda və öldürmək istəməkdə günahlandırmışdı. Azərbaycanlı model müxtəlif ölkələrdə dünyanın məşhur dizaynerlərinin hazırladığı geyimləri nümayiş etdirir.

Nigar Talıbova

Azərbaycanlı model Nigar Talıbova1975-ci ildə Bakıda andan olub. Türkiyədə modellik etməklə yanaşı, "Adrenalin” qrupunun üzvüdür. O, həmçinin Türk-Amerika İşadamları Dərnəyinin sədridir. Türkiyə vətəndaşı Ekim Alptekinlə 2013-cü ilin noyabr ayında rəsmi nikaha girib.



Uzun sözün qısası, xaricdə yaşayan və peşəsi ilə seçilən Azərbaycanlı xanımlar uğurlarını soyunaraq, pozalar verərək davam etdirirlər.

Əntiqə Rəşid