adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Fevral 2020 11:48
14950
DÜNYA
A- A+

Almaniyada türk restoranına silahlı hücum - ölənlər var

Almaniyanın qərbində yerləşən Frankfurtun Hanau qəsəbəsində iki restorana silahlı hücum olub. 

Adalet.az xəbər verir ki, hadisə zamanı ən azı doqquz nəfər həlak olub, altı nəfərsə yaralanıb. Ölənlərin adları açıqlanmasa da aralarında türklərin olduğu bildirilir. Almaniyanın "Bild” qəzetinin əldə etdiyi məlumatlara görə, restoranlara hücum edən şəxs Tobias adlı millətçi biridir. O, ölü şəklində tapılıb. Terroristin evindən etiraf məktubu əldə edilib . O, anasını da öldürdükdən sonra intihar edib. Xatırladaq ki, türklərin çox yaşadığı yerlərdən biri də 

Hanau qəsəbəsidir. Digər məlumatlara görə, həmin restoranlar türklərə aiddir. Ölənlərin ən azı beşi türkdür.