adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Fevral 2020 11:10
9994
MƏMLƏKƏT
A- A+

Bakı metrosunda problem yarandı - Sərnişin sıxlığı səbəbindən

Bakı metrosunda qatarların hərəkətində yubanma olub.

"Dərnəgül” - "Həzi Aslanov” xətti üzrə hərəkət edən qatarların intervalında yubanma olub.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qatarların intervalındagecikmə olduğunu təsdiq edib.

Onun sözlərinə görə, yubanmaya səbəb stansiyalarda sərnişin sıxlığı olub:

"Həftə ərzində metrodan istifadə edən sərnişinlərin sayı artıb. Bu səbəbdən metronun "Elmlər Akademiyası”, "Koroğlu”, "Nəriman Nərimanov” stansiyalarında bir neçə dəqiqə gecikmələr olub.

Stansiyalardan asılı olaraq, gecikmə5 dəqiqə də olub, 8 dəqiqə də. Buna səbəb qatarlarda hər hansı texniki problem yox, sərnişin sıxlığı olub. Bildiyiniz kimi tədris mövsümündə yaranmış fasilə ilə əlaqədar, sərnişin sayı nisbətən azalmışdı. Həmin seyrəlmədən sonra yenidən sərnişin sıxlığı müşahidə edilir. Bu da qatarların qrafik üzrə hərəkətində bir qədər gecikmələrə səbəb olub”.