adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
20 Fevral 2020 10:53
8644
HADİSƏ
A- A+

Rusiyada ermənilərin azərbaycanlılara hücum etməsi ilə bağlı AÇIQLAMA

Moskvada azərbaycanlılarla ermənilər arasında kütləvi dava düşüb.

Bu barədə paytaxtın Qərb inzibati dairəsi üzrə Oçakova-Matveyevskaya rayonunun Azərbaycanlı Milli Mədəni Muxtariyyətinin sədri Əli Kazımov məlumat verib.

Onun sözlərinə görə, 20 nəfərə yaxın erməni Moskvanın Matveyevskaya küçəsində üç azərbaycanlı və bir çeçenin üzərinə hücum çəkib. Hadisə yerinə polislər gəlib.

Milli Mədəni Muxtariyyətin idman komitəsinin sədri Raqib Bayramovun APA-ya verdiyi məlumata görə, baş verən hadisə Azərbaycan diasporunun nəzarətindədir. O, hazırda hadisə yerində olduğunu, polislərin məsələ ilə bağlı araşdırma apardığını söyləyib.APA