adalet.az header logo
  • Bakı 18°C
20 Fevral 2020 00:30
15657
HADİSƏ
A- A+

Mühafizəçi bıçaqlandı

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

APAxəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

Albalılıq yaşayış massivində mühafizəçi işləyən 1980-ci il təvəllüdlü Qayıbov Pənah Şükür oğlu tanımadığı şəxslərlə mübahisə edib.

Nəticədə o, bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarəti alıb.

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.