adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 Fevral 2020 22:32
26902
İQTİSADİYYAT
A- A+

Qızılın qiyməti 7 illik rekordu yenilədi

Dünya bazarında qızılın 1 unsiyasının qiyməti 7 illik fasilədən sonra ilk dəfə 1 600 ABŞ dollarını keçib.

"Report” bu barədə "TASS” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu gün əmtəə birjalarında qiymətli metal 1610,5 ABŞ dollarına qədər bahalaşıb.

Qiymətli metallar investorların koronavirusun yayılmasının dünya iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcəyinin narahatlığı fonunda bahalaşır.