adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
19 Fevral 2020 16:25
7790
GÜNDƏM
A- A+

MSK dörd seçki məntəqəsində səsvermənin nəticələrin ləğv edib

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə namizəd Rəfullayeva Samirənin müraciətinə baxılıb.

Adalet.az-ın məlumatına görə, iclasda bildirilib ki, müraciətdə namizəd həmin dairə üzrə bi neçə seçki məntəqəsində pozuntu hallarının baş verməsi qeyd olunub. MSK üzvü İlham Məmmədov bildirib ki, müraciət araşdırılıb və həmin seçki məntəqələri üzrə Seçki Məcəlləsinin tələblərinə zidd hərəkətlərə yol verilib. İ.Məmmədov həmin dairənin 12, 14, 16, 18 saylı məntəqələri üzrə səsvermənin nəticəsinin etibarız sayılmasını təklif edib.

Təklif səsə qoyularaq qəbul edilib.