adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
21 Fevral 2020 09:42
38595
ŞOU-BİZNES
A- A+

Müğənni əsəbləşdi: “Eşşək kimi çalışdım...”

Türkiyənin tanınmış müğənnisi Ebru Polat sevilən mahnıları ilə birgə verdiyi açıqlamalarla da hər zaman gündəm olmağı bacarıb. Yadınızdadırsa, müğənni sevgilisinin xəyanətini bağışlayacağını bildirmişdi: "Mənə də mütləq xəyanət ediblər, amma xəyanətin ölçüsü mənim üçün əhəmiyyətlidir. Adam məni çox sevir, amma vaxt keçirmək üçün bir dəfə xəyanət edərsə, bağışlayaram. Kişinin bir gecəlik xəyanətini qəbul edirəm. Amma o qadına sevgi dolu sözlər söyləməyəcək. Ayrıca eyni qadınla ikinci dəfə görüşməsini əsla qəbul etmərəm. Çünki o zaman onu bəyənmiş olur. Aldatmaq yatmaq deyil, mənim üçün əsas olan duyğulardır". Müğənni "Heç xəyanət etmisinizmi?” sualına isə "Əsla ... Sevdimmi tam sevərəm, gözüm başqasını görməz"-, deyə cavab vermişdi. Odur ki, sənətçinin hər bir açıqlaması bir olay olur.

Bu günlərdə yeni sevgilisi ilə Dubayda istirahət edən Ebru Polat sosial şəbəkə istifadəçilərinə sərt xəbərdarlıq edib.

Adalet .az xəbər verir ki, Dubaydakı yeddi ulduzlu "Burj Al Arab Hotel”ində istirahətinə başlayan müğənni "İnstagram” hesabında "varlı kişi tapıb” iddialarına cavab verib.


"Sevənlərim əsla belə şeylər danışmaz. Çünki mənim eşşək kimi çalışdığımı çox yaxşı bilirlər. Lakin izləyicilərimin sayı iki gündə iki dəfə artıb və mənasız şərhlər yazırlar. Məsələn -"varlı kişi tapdı”. Siz məni heç tanımırsınız. Varlı deyəndə nəyi nəzərdə tutursunuz? Mənim hər şeyim var. Bu saatdan sonra elə şeylərə ehtiyacım var? Pula görə kiminsə arxası ilə düşənbiri deyiləm. Mənə hörmət edəcəksiniz”- deyə, Ebru Polat yazıb.

Qeyd edək ki, Ebru Polat 4-5 il əvvəl Dubayda yaşayan azərbaycanlı iş adamı ilə sevgi münasibəti yaşayıb. Ayrıldıqdan sonra isə elə həmin şəhərdə yeni sevgilisi ilə həyatına davam edib.

Əntiqə Rəşid