adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Fevral 2020 20:52
22999
İDMAN
A- A+

Cavidə sərt cəza verildi - Hakimi söydüyünə görə

AFFA "Zirə”nin kapitanı Cavid Hüseynov barədə sərt qərar verib.

Qol.az xəbər verir ki, qurumun İntizam Komitəsi futbolçu barədə 4 oyunluq cəza verib. Qərarda bildirilir ki, Premyer Liqanın 17-cu turunun "Zirə” – "Qarabağ” oyununun 67-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Cavid Hüseynov hakimi təhqir edərək birbaşa qırmızı vərəqə alarıb. Bu səbəbdən o, 4 oyun cəzalanmaqla yanaşı, klubu 3200 manat cərimə olunub.

Bundan başqa, Premyer Liqanın 17-ci turunun "Səbail” – "Qəbələ” oyununda qonaq komandanın futbolçusu Fernan Lopez ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Premyer Liqanın 17-ci turunun "Neftçi” – "Keşlə” oyununda "Neftçi” meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Premyer Liqanın XVII turunun "Sumqayıt” – "Sabah” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.