adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
18 Fevral 2020 19:04
11052
SAĞLAMLIQ
A- A+

Barmaq şıqqıldatmağın TƏHLÜKƏSİ

Əl barmaqlarını mütəmadi şıqqıldatmaq təhlükəlidir.

REN.TV xəbər verir ki, travmatoloq Konstantin Ternov barmaq şıqqıldatmaq vərdişinin təhlükələrindən danışıb.

Onun sözlərinə görə, bu vərdiş barmaqların zəifləməsinə və müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər.

Həkim sözügedən vərdişi əsasən nevrozla əlaqələndirib.

"Daim barmaqlarınızı laxladıb boşaltmaqla məşğul olsanız, 70 yaşında yaranmalı olan artroz xəstəliyinə 50 yaşında tutulacaqsınız", - deyə həkim vurğulayıb.

Mütəxəssisəlavə edib ki, barmaqları mütəmadi əzmək vərdişi fiziki yorğunluqla da əlaqəli ola bilər.