adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Fevral 2020 17:06
14728
SİYASƏT
A- A+

Daha 5 seçki məntəqəsinin nəticələri ləğv olundu

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında parlament seçkiləri ilə əlaqədar 79 saylı İmişli Seçki Dairəsindən daxil olan şikayətə baxılıb.

Şikayət barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

O bildirib ki, şikayətçilər həmin dairə üzrə nəticələrin etibarsız sayılmasını tələb ediblər: "Şikayət edənlər həmin dairə üzrə deputatlığa namizədliyi qeydə alınmış İlqar Hüseynli, İltizam Əkbərli və Murad Fərzəliyevdir. Müraciət araşdırılaraq müvafiq seçki dairəsinin 14, 16, 21, 23 və 25 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə mane olan hallar aşkarlanıb. Ona görə şikayət qismən təmin olunmalıdır".

MSK təklifi səsverməyə çıxararaq qəbul edilib.

Qeyd edək ki, 79 saylı İmişli seçki dairəsinin lider namizədi Razi Nurullayevdir