adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Fevral 2020 15:43
7512
GÜNDƏM
A- A+

Xəzəryanı dövlətlərin könüllü fəaliyyətinin təcrübələri müzakirə edilir

Bu gün Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyində üç Xəzəryanı ölkənin könüllülərinin iştirakı ilə "Xəzər Könüllülük Məktəbi”nin birinci iclası keçirilir.

Rusiyanın "Şimal-Cənub” Politologiya Mərkəzi tərəfindən həyata keçirilən "Xəzərin Könüllülük Meridianları” layihəsində Azərbaycan, Qazaxıstan və Rusiyanın könüllü təşkilatlarının liderləri və fəalları, könüllü layihələrdə praktik təcrübəsi olan tələbələr iştirak edir.

Bu barədə Trend-ə nazirliyin mətbuat katibi İradə İbrahimova məlumat verib.

"2020-ci ilin "Könüllülər ili” elan olunduğu Azərbaycanda keçirilən tədbirin məqsədi beynəlxalq gənc könüllü təşkilatlarının nümayəndələri arasında üfüqi əlaqələr sistemi yaratmaq, humanitar münasibətlərin və mədəniyyətlərarası dialoqun inkişafı sahəsində regional problemlərin uğurla həlli üçün platformaya nail olmaqdır”, - deyə mətbuat katibi qeyd edib.

Nazirliyin sözçüsü bildirib ki, iclasda Xəzəryanı dövlətlərin müxtəlif sahələrdə könüllü fəaliyyətinin ən yaxşı təcrübələri regional səviyyədə müzakirə edilir.

Qeyd edək ki, məktəbin birinci iclası 2020-ci ilin "Könüllülər ili" elan olunduğu Azərbaycanda keçirilir.

Layihənin tərəfdaşları Trend İnformasiya Agentliyi, "Baku Network” və "Sodrujestvo” mətbuat klubudur.

İclası "Şimal-Cənub” Politologiya mərkəzinin icraçı direktoru Anjelika Trapeznikova açıb. Daha sonra qonaqları Təhsil Nazirliyinin Ekoloji Tərbiyə və Praktika Mərkəzinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Saira Məmmədova salamlayıb. İclasda Təhsil Nazirliyinin Ekoloji Tərbiyə və Praktika Mərkəzinin rəhbəri Firuzə Sultanzadə də çıxış edib.

İclas zamanı həmçinin "Baku Network” Ekspert Şurasının rəhbəri Elxan Ələsgərov və "Formula 1 Baku Grand prix” maliyyə və hüquq şöbəsinin rəisi Elçin Səfərov çıxış edib.

Elxan Ələsgərov öz çıxışında qeyd edib ki, könüllülük vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatlarından biridir və insanları vahid niyyət ətrafında birləşdirir. Könüllülük həmçinin vətənpərvərlik məktəbidir, xalqa, dövlətə, milli-mənəvi dəyərlərə xidmətin və bağlılığın nümunəsidir.

"2020-ci ilin "Könüllülər ili" elan olunduğu Azərbaycanda keçirilən tədbirin məqsədi beynəlxalq gənc könüllü təşkilatların nümayəndələri arasında üfüqi əlaqələr sistemi yaratmaq, humanitar münasibətlərin və mədəniyyətlərarası dialoqun inkişafı sahəsində regional problemlərin uğurla həlli üçün platformaya nail olmaqdır”.