adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
18 Fevral 2020 14:24
21420
ELM VƏ TƏHSİL
A- A+

Məktəblərdəki münaqişə hallarına görə 5 məsul şəxsə töhmət verildi

2020-ci ilin yanvar ayında Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 "Qaynar xətt” xidmətinə 12 müraciət daxil olub.

Nazirlikdən verilən məlumata görə, Bakı, Sumqayıt, Şəki şəhərləri, Ağdam, İmişli və Lənkəran rayon məktəblərindən daxil olan bu müraciətlər əsasən şagirdlər arasında qısnama halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır.

Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb.

Araşdırma nəticəsində Bakı şəhərindəki 167, 56 və 192 nömrəli, Ağdam rayonu S.Həsənov adına Əfətli kənd, İmişli rayonu F.Rəhimov adına Cəfərli kənd 2 nömrəli tam orta məktəblərdə təsdiqini tapmış hallar həmin ümumi təhsil müəssisələrinin Pedaqoji şuralarının müzakirəsinə çıxarılıb. Fəaliyyətində nöqsanlara yol vermiş 5 məsul şəxsə töhmət verilib.