adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Fevral 2020 09:06
18457
ŞOU-BİZNES
A- A+

Dəmət Akalın yenə günə damğasını vurdu - Gəlinliklə...

Yadınızdadırsa ötən ilin sentyabr ayında Türkiyənin məşhur müğənnisi Dəmət Akalın boşanma olayı ilə gündəm olmuşdu. Okan Kurtla boşansa da, bu yaxınlarda cütlük barışıb. Müğənni keçmiş əri ilə barışma səbəbini açıqlamışdı:”İki yaş yarımda atasız qaldım. Həyat mənim üçün hər zaman mübarizə meydanı idi. Anama olan sevgim ona sözə gəlməsin deyə ömrüm hər zaman həyəcanla keçib. O atasız illərdə qonşu uşaqların axşamalar ataları evə gəlirdi. Bu isə mənə təsir edirdi. İndi qızım Hiranı ata sevgisindən məhrum etməmək üçün iki aydır üzünü belə görmək istəmədiyim ərimlə barışdım”.

Bu aşıqlamasından az sonra Demet Akalın paylaşdığı fotosu ilə müzakirələrə səbəb olub.

Adalet.az xəbər verir ki, müğənni sosial şəbəkə hesabında illər öncə çəkdirdiyi fotonu paylaşıb.
20 il öncə çəkilən fotoda Demet gəlinlik geyimdə görüntülənib. Gənc, az makiyajlı və estetik əməliyyatsız Demet izləyicilərin diqqətini çəkib. Şərh bölümündə "İl 1990...yer İskəndərun" yazan müğənninin bu görüntüsünü tərif edən də tapılıb, təhqir edən də.



Qeyd edək ki, müğənni D. Akalın çəkildiyi reklam çarxından əldə etdiyi gəlirin 650 min TL (təxminən 325 min AZN) məbləğində olduğu iddia edilir.

Əntiqə Rəşid