adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Fevral 2020 14:45
16525
GÜNDƏM
A- A+

İsparta təyyarəsi qəzaya uğramadı, vuruldu


Prof. Dr. Saleh Sultansoy, İspartada 30 noyabr 2007-ci ildə Prof. Dr. Engin Arık və akademiklərlə birlikdə görüşdə 57 nəfərin öldüyünü və təyyarənin 99 fazi düşürüldüyünü iddia etmişdi.

"O təyyarə düşürülməsəydi Türkiyə bu gün CERN-ə üzv olmuşdu. Türkiyə torium yarışında dünya liderləri sırasında idi”.

Amma bu iddia dəstəklənmədi və təyyarənin pilot xətası səbəbindən qəzaya uğraması təsdiqləndi.

Bu qəzada ölənlərin arasında Boğaziçi Universitetindən professor Engin Arık, araşdırmaçı Özgen Berkol Doğan, tələbə Engin Abat, Doğuş Universitetinin professoru Şenel Fatma Boydağ da olub.

Qəzada həlak olan prof. Engin Arıkın həm iş yoldaşı, həm də ailə dostu olan prof. Saleh Sultansoy şokedici iddia irəli sürdü.

12 il geridə qalıb. Bu illər ərzində təyyarənin pilot xətası üzündən qəzaya uğradığı deyilirdi. Saleh Sultansoy isə təyyarənin 99 faiz düşürüldüyünü iddia edib.

TƏYYARƏ VURULMASAYDI

Təyyarənin qəzaya uğramadığı fikrini irəli sürən Saleh Sultansoy prof. Engin Arıkın elm şəhidi olduğunu deyib. O deyib ki, Engin xanım özünü elmə fəda verdi. O təyyarə düşürülməsəydi, yəni vurulmasaydı Türkiyə bu gün CERN-ə üzv olmuşdu.

Təyyarə vurulandan bir neçə gün sonra da bu iddialarını dilə gətirən Sultansoy "2-3 saat içində bizəim bölgəyə yalnış məlumatlar gəldi, yəni 500 metr civarında fərq var. Bu 500 metr fərq bir dağa vurmaq üçün bəs edir. Bu mövzuda 1-2 kanaldan da məlumat gəldi. Mənə deyən mütəxəssislərə dedim ki, çıxın televizora, deyin. Amma onlar risk etmədilər. Başqa yollar da ola bilər, amma böyük ehtimalla bu işi bu üsulla gördülər” deyə açıqlama vermişdi.

2007 KRİTİK İL İDİ

Bu işi həyata keçirə biləcək gücə sahib olan dövlətlərin bəlli olduğu deyən Sultansoy "Hansının etdiyini bilmirik, amma kimin xeyrinədirsə, o edib. 2007 Türkiyə üçün CERN müstəvisində çox kritik il idi. O dövrdə mən Türkiyə vətəndaşı deyildi, Qazi Universitetində müqavilə ilə işləyirdim. Müqavilənin uzadılamasını əngəllədilər və məhkəmə qərarlarına rəğmən müqavilə uzadılmadı, 8 ay işsiz qaldım” deyib.

Sultansoy həmçinin deyib:

" "Türk Hızlandırıcı Kompleksi” yenidən qurulmalıdır. Mehmet Akifin də dediyi kimi maddənin qüdrəti-zərriyəsindən enerji istehsalında faydalanmaq üçün yerli, milli və yaşıl enerji qaynaqlarımız olan toryuma geri dönməliyik”.

BİZANS OYUNLARI

O, Engin Arıkla 2005-ci ildə Ankarada CERN çalışmalarıyla əlaqəli bir görüş keçirildiyini və birbaşa baş nazirə bir məktub yazdıqları vurğulayıb.

"Türk Fizika Dərnəyi vasitəsilə işə başladıq. Baş nazirimiz CERN mövzusunda Türkiyə Atom Enerjisi Qurumuna tapşırıq verdi. TAEK-CERN Elm komitəsi və CERN ofisi yaradıldı.

Bəzi "Bizans oyunları” baş versə də, CERN tədqiqatları 2010-cu ilə qədər ölkəmizdə geniş vüsət aldı. 2008-ci ildə baş nazirimiz CERN-i ziyarət etdi. Dalınca tam üzvlük müddətinin başladılması üçün təlimat verdi. Təəssüf ki, 2011-ci ildən etibarən "Bizans oyunları” dövriyyəyə girdi və zirvəsinə çatdı. Türkiyə tam üzvlük müraciətini geri çəkdi və 2015-ci ildə ehtiyat üzv oldu.

Türkiyə ilə birlikdə üzvlüyə müraciət edən İsrailin 2014, Serbiyanın 2019-cu ildə tam üzv olduqlarını təəssüflə vurğulayan Sultansoy Sloveniya və Cənubi Kiprin də müraciət müddətinin sonuna gəldiklərini qeyd edib. O həmçinin deyib ki, son aylarda çox üzücü irəliləyişlər baş verir. Bir yandan CERN proyektlərimizin büdcələri yarıya endirildi, o biri yandan da bizi ehtiyat üzvlükdən də çıxarılmağımız haqda dedi-qodular gəzir. CERN proyektlərində işləyən gənclərimizin psixoloji vəziyyətini düşünün.

O PROYEKT BLOK EDİLDİ

"Türk Hızlandırıcı Kompleksi” proyektində ciddi xətaların olduğunu dilə gətirən Sultansoy deyib ki, ən önəmlisi proyektin inkişafı prosesində yalnış üsullar seçilir. Bunu o vaxtlar Enginlə mən demişəm və qarşı çıxmışıq.

CERN-in ATLAS dərnəyinə qatılmağımızı əngəlləmək üçün də qurulmayan oyun qalmadı. Bu gün də davam edir. Ayrılan pullar kəsilir, proyektimiz üç ildir blok edilir. Engin xanım sağ olsaydı, bunları etməyəcəkdilər.