adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Fevral 2020 14:18
30630
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: BURDA

Çırpınan ürəyinin

Səsin duyuram burda...
Ruhunun ruhuma da -
Səsin yayıram, burda...

Əriyən, sönən sisdi
Gözümdə pərdə - hissdi...
Məsafə önəmsizdi -
Səni duyuram burda!

Ayrılıqda bir qəmlə
Ömrə edirik həmlə,,,
Kirpiyindəki nəmlə-
Kirpik yuyuram , burda!..

Alışdığım çaxmaqdan
Öz içimə yağmaqdan...
Öz şəklimə baxmaqdan -
Daha doyuram burda!

Dərd məni qabaqlayıb...
Həsrətim qabıqlayıb...
Əlimi də bağlayıb -
Ürək soyuram...burda!