adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Fevral 2020 10:00
12226
HADİSƏ
A- A+

“Sədərək” ticarət mərkəzindəki yanğın söndürüldü - YENİLƏNİB + VİDEO

Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək” ticarət mərkəzindəki yanğın söndürülüb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın saat 09:05 söndürülüb:

"Hazırda yanğın yerində soyutma və kiçik konstruktiv materialların söndürülməsi işləri davam etdirilir”.

08:05

Bakıda ticarət mərkəzində yanğın baş verib.

Hadisə Lökbatan qəsəbəsindəki "Sədərək” ticarət mərkəzində qeydə alınıb.

Ticarət mərkəzinin birinci zonasında cərgənin tavanında başlayan yanğın qısa müddətdə mağazalara keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub.

Yanğının qarşısının alınması istiqamətində işlər görülür.

FHN-nin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva faktı təsdiqləyib.

O, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini deyib.