adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Fevral 2020 20:17
21032
İDMAN
A- A+

"İkinci liqaya göndərsələr də, ayrılmayacağam" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klubdakı gələcəyi ilə bağlı açıqlama verib.

Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, o bildirib ki, İngiltərə təmsilçisi iki mövsümlük avrokuboklardan uzaqlaşdırılmasına baxmayaraq, komandadan ayrılmağı düşünmür:

"Hansı liqada olmağımızdan asılı olmayaraq, burada qalacağam. İkinci liqaya göndərsələr də, ayrılmayacağam. İndi birlikdə olmaq zamanıdır".

Qeyd edək ki, Qvardiolanın "Mançester Siti" ilə müqaviləsi 2021-ci ilin iyununda başa çatır.