adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 Fevral 2020 19:00
14527
DÜNYA
A- A+

Koronavirusun sarsıtdığı Çin yeni fəlakətin astanasında - VİDEO

Çindən yayılan yeni tip koronavirusla mübarizə başa çatmamış,dünya indi də çəyirtkə "istilası” ilə üz-üzə qalıb.

Bu barədə "Haber 7” xəbər yayıb.

Bildirilir ki, Yəmənə və Afrikanın bəzi ölkələrinə hücum çəkənçəyirtkə sürüsü xeyli problemyaradıb. Efiopiya, Keniya, Uqanda, Tanzaniya və Somalidə əkin sahələrinə ciddi ziyan dəyib.

Somalidə fövqəladə vəziyyət elan edilib. Efiopiyada dörd əyalətdəhəyəcan siqnalı verilib.

Çəyirtkələr Keniyada bir gündə 35 min nəfərə kifayət edəcək qədər məhsulu məhv edib.

Səudiyyə Ərəbistanı, Oman, Sudan və Pakistandan sonra çəyirtkələr Hindistana da hücum çəkib. Saatda 150 km sürətlə hərəkət edən 400 milyard həşəratın iqtisadiyyata ciddi ziyan vurduğu bildirilir. 700 min Hindistan əsgəri çəyirtkə "istilası” ilə mübarizəyə cəlb olunub.

Çəyirtkələrin iki-üç ay içərisində Çinə keçəcəyi və koronavirus səbəbindən onsuz da iqtisadiyyatına ciddi ziyan dəyən ölkəni qıtlıqla üz-üzə qoyacağı bildirilir.