adalet.az header logo
  • Bakı 20°C
17 Fevral 2020 18:43
10279
HADİSƏ
A- A+

Gəncədə yolu keçən piyadanı avtomobil vurub öldürdü

Gəncə şəhəri Nizami küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, fevralın 16-da saat 7 radələrində Gəncə şəhəri Nizami küçəsində Samux rayon sakini Əhməd Mustafayev idarə etdiyi "İsuzu” markalı xətt avtobusu ilə yolu keçən şəhər sakini Eldar Abbasovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Gəncə ŞBPİ tərəfindən araşdırma aparılır.