Məntəqələrdə səsvermənin nəticəsinin ləğvi ümumi nəticələrə təsir göstərməyəcək - Məzahir Pənahov
Sosial şəbəkələrdə pozuntularla bağlı yayılan videogörüntülərin çəkildiyi bütün məntəqələrdə səsvermənin nəticəsini ləğv etsək də, bu, seçkilərin ümumi nəticəsinə heç bir təsir göstərmir.
Adalet.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
M.Pənahov bildirib ki, bu videogörüntülər təqribən seçki məntəqələrinin 3 faizində qeydə alınıb:
"Bəzən insanlarda belə təsəvvür yaranır ki, bütün ölkə üzrə pozuntular baş verib, ancaq bu, belə deyil. Əlbəttə, biz arzu edərdik ki, o xoşagəlməz hallar da olmasın. Ancaq mən həmişə demişəm, bütün xoşagəlməz hallar qanunvericiliyin tələbinə çox ciddi yanaşmaqla həll olunacaq, belə hallara yol verənlər isə ciddi şəkildə cəzalandırılacaqlar”.
Digər Xəbərlər
19 Aprel 2024 19:37
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06